Koronavirusdan daha 178 nəfər sağalıb, 112 yoluxma faktı qeydə alınıb Azərbaycanda

Koronavirusdan daha 178 nəfər sağalıb, 112 yoluxma faktı qeydə alınıb Azərbaycanda

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 178 nəfər sağalıb, 112 yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5712, ötən müddət ərzində isə ümumilikdə 831 755 test aparılıb.

İndiyədək ölkədə ümumilikdə 34219 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 875 nəfər müalicə olunaraq sağalıb, 506 nəfər vəfat edib, aktiv xəstə sayı 1838 nəfərdir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə