Bütün qaydalara riayət edən, lakin yoluxan şəxslər DİQQƏT

"Hər kəs potensial virus daşıyıcısıdır. Biz maska taxdığımız zaman qarşımızdakı insan da maska taxmalıdır. Daşıyıcı olduğu halda qarşımızdakı şəxs maskadan istifadə etməsə biz istifadə etdiyimiz halda belə yoluxa bilərik. Bu bütün qaydalara riayət edən lakin yoluxan şəxslərlə bağlı əsas birinci amil budur". SİA xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın bugünkü brifinqində deyib.

Bildirib ki, digər məsələ isə qaydalara riayət edən şəxsin dostu, yoldaşları və ya ailə üzvlərinin qoruyucu vasitələrdən istifadə etməməsidir: "Bu zaman yoluxma baş verə bilər. Ona görə də bütün ailə üzvlərinin maskadan istifadə etməsi labüddür. Digər tərəfdən yalnız maskadan istifadə də kifayət etmir. Sanitar-gigiyenik qaydalara da riayət etmək lazımdır".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə