Rusiyada COVID-19-a qarşı peyvənd hazırlanıb SON DƏQİQƏ

Rusiya Dövlət Virusologiya və Biotexnologiya Tədqiqatları İnstitutunun idarəedici direktoru Rinat Maksyutov yeni növ koronavirusa qarşı peyvənd üzərində araşdırmaların aparıldığını açıqlayıb. SİA xəbər verir ki, bu peyəndi xəstələr klassik üsulla deyil, burundan qəbul edəcəklər.

"Rossiya-1" televiziyasına müsahibə verən Maksyutov mərkəzin hazırladığı peyvənd üzərində tətqiqatların aparıldığı və müayinələrin həyata keçirildiyi bu peyvəndin burundan içəri damcılar şəklində qəbul ediləcəyi bildirib.

Maksyutov əlavə edib ki, bu peyvəndin effektivliyini və təhlükəsizliyini öyrənmək üçün geniş miqyaslı preklinik araşdırmalara başlanılıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə