İranda daha 56 nəfər koronavirusdan öldü

İranda son sutka ərzində daha 2080 nəfər koronavirusa yoluxub, 56 xəstə həyatını itirib. SİA-nın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur deyib.

Onun sözlərinə görə, İranda virusdan ölənlərin ümumi sayı 7564, yoluxanlar isə 141 591 nəfərdir.

Xəstələrdən 2551 nəfərin vəziyyəti ağırdır. İndiyədək İranda 111 176 nəfər virusdan sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...