COVID-19-a qarşı peyvəndin hazırlanacağı vaxtı elan edildi PROFESSOR AÇIQLADI

Boğaziçi Universitetində Molekulyar Biologiya və Genetika üzrə professor doktor Nəsrin Özərən yaxın müddətdə koronavirusa arşı peyvəndlərin hazırlanması üçün hüceyrə və heyvanlar üzərində təcrübələrə başlayacaqlarını söyləyib. SİA xəbər verir ki, professor COVID-19-la əlaqədar peyvənd işləri ilə əlaqədar açıqlamalar verib.

Onun sözlərinə görə, ən yaxşı ehtimalda 2021-ci ilin ən yaxşı peyvənd nümunəsi hazır olacaq və tezliklə hüceyrə və heyvanlar üzərində təcrübələrə başlanılacaq. Artıq iyun ayının əvvəlində heyvanlar üzərində təcrübəyə başlanılacaq. 2021-ci ilin sentyabr ayında peyvənd üçün ən yaxşı namizədin hazırlanması ehtimal olunur.

Professor qeyd edib ki, bundan əvvəlki heyvanlar üzərində təcrübələrdə müvəffəq olublar və bu baxımdan nəticələrdə 80-90 faiz uğur əldə edəcəklərini bildirib.

Almaniya və İngiltərədə də aparılan peyvənd işləri haqqında danışan Özərən qeyd edib ki, həmin ölkələr öz vətəndaşları üçün peyvəndlər hazırlayacaqlar və bütün dünya əhalisi üçün vaksinlər istehsal etmək asan deyil.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə