"Həmin şəxslər infeksiya mənbəyi hesab edilirlər“ AÇIQLAMA-ÖZƏL

“Biz bilməliyik ki, yeni növ koronavirus pandemiyası hələ davam edir. Ötən günün statistikası bunu bir daha sübut edir”. Bu fikirləri SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Baş infeksionisti Cəlal İsayev deyib.

O bildirib ki, hələ virusu əlamətsiz formada keçirən insanlar var ki, məhz həmin şəxslər infeksiyanın mənbəyi hesab edilirlər: “Məhz belə şəxslər digərlərini yoluxdurmaqda davam edirlər”

Baş infeksionist söyləyib ki, bu baxımdan özünütəcrid məsələsinə diqqət yetirmək vacibdir: “Tibbi maskalardan istifadə etmək çox vacibdir. Heç kim onda virusun olub-olmadığını özü bilə bilmir. Xüsusilə də qapalı məkanlara, insanların çox olduğu yerlərə gedərkən tibbi maskalardan istifadə etmək mütləqdir. Çünki maska xəstəliyin qarşısını xeyli ala bilir”.

C. İsayev vurğulayıb ki, hələ də bəzi insanların virusun olması ilə bağlı şübhələri təəssüfedicidir: “Bəzi şəxslər bunun siyasi oyun oloduğunu iddia edirlər. Lakin belə siyasi oyun olmur. Minlərlə insanlar bu xəstəliyə yoluxub və onların 7 faizini dünyasını dəyişib. Biz bunları nəzərə alaraq daha diqqətli olmalı, karantin rejiminin yuşaldılmasına baxmayaraq, pandemiya ilə bağlı mübarizə istiqamətində qaydalara səhlənkar yanaşmamalıyıq”.

Koronavirusun respirator virus infeksiyaları tipinə aid xəstəlik olduğunu deyən mütəxəssis qeyd edib ki, yay mövsümünün başlaması infensiyanın yoluxması halının azalması ilə bağlı müəyyən ümidlər verir: “Çünki bu viruslar ultrabənövşəyi şüalara qarşı çox həssasdırlar və onların təsiri ilə tələf ola bilirlər. Bununla yanaşı yay mövsümünün respirator xəstəliklərin sönməsi dövrüdür. Amma biz koronavirusun tam xüsusiyyətlərini bilmirik və onun yayda özünü necə aparacağından xəbərimiz yoxdur. Bu baxımdan biz ehtiyatımızı əldən verməməli, sağlamlığımızı qorumalıyıq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə