Antiseptiklərdən istifadə edərkən əllərin dərisini necə qoruyaq? DEMOTOLOQ MƏSLƏHƏTİ

“Koronavirusun yayılması fonunda tez-tez əllərin yuyulması və antiseptik maddələrdən istifadədən sonra əl dərisini qorumaq üçün nəmləndirici və ya qidalandırıcı əl kremindən istifadə edilməlidir”. SİA-nın xəbərinə görə, görə bunu həkim-dermatoloq Anastasiya Verejnikova açıqlayıb.

O qeyd edib ki, antiseptiklərin tərkib hissəsi olan alkoqol dərinin kəskin qurumasına səbəb olur.

“Dərini sağlam saxlamaq, quruluqdan qorumaq üçün hər əl yuma və ya antiseptiklərdən istifadədən sonra nəmləndirici və qidalandırıcı vasitələrdən istifadə etmək lazımdır. Bu, yalnız qadınlara deyil, həm də kişilərə də aiddir”, - deyə həkim qeyd edib.

Virusoloq vurğulayıb ki, əl kremlərindən istifadə edərkən onların təkibinə fikir vermək önəmlidir: “Bərpaedici, qoruyucu, sakitləşdirici maddələr olan - lanolin, mum, təbii yağlar, vitaminlər, qliserin tərkibli əl kremləri dərinizi qorumaq üçün ən yaxşı vasitə hesab olunur”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə