"Koronavirusla bağlı ikinci dalğa payız fəslində ola bilər" VİRUSOLOQ FİKRİ
“Karantin rejimi bitdikdən sonra yaşlı insanlar üçün müəyyən edilən məhdudiyyətlərin bir hissəsi qalmalıdır”. SİA-nın xəbərinə görə, bunu virusoloq Anatoliy Altstein açıqlayıb.
O bildirib ki, karantindən sonra yaşlı insanların çölə çıxmaması ilə bağlı ciddi qadağaya ehtiyac yoxdur: “Çünki yaşlı insanların havada olması, gəzməsi mütləqdir. Sadəcə burada əsas məsələ yaşlı insanların digərləri ilə təmasda olmaması, başqaları ilə danışmamasıdır. Əgər təmas olmazsa, çölə çıxmaq özünütəcridi pozmur”.
Mütəxəssisin fikrincə, karantin rejimi nə qədər yumşalsa da, tibbi maskadan istifadə etməklə bağlı qaydalar yəqin ki, davamlı olacaq.
Virusoloq qeyd edib ki, koronavirusla bağlı ikinci dalğa payız fəslində ola bilər: “Əgər o zamana qədər insanların çoxunda immun sistemi güclənərsə, o zaman ikinci dağla, birincidən zəif ola bilər”.
Məlumat üçün nəzərinizə çatdıraq ki, yeni növ koronavirus pandemiyası demək olar ki bütün dünyanı əhatə edir. Ümüdünya Səhiyyə Təşkilatının açıqladığı son rəqəmlərə görə, dünyada virusa yoluxanların sayı 3.5 milyonu, ölənlərin sayı isə 240 mini ötüb. Virusdan ölənlərin sayına görə, liderliyi ABŞ edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB