"Epidemioloji vəziyyət tələb edərsə, karantin rejimi yenidən sərtləşdiriləcək" MÜTƏXƏSSİS RƏYİ-ÖZƏL

"Epidemioloji vəziyyət tələb edərsə, karantin rejimi yenidən sərtləşdiriləcək" MÜTƏXƏSSİS RƏYİ-ÖZƏL

“Karantin rejiminin yumşaldılmasına baxmayaraq, insanlar pandemiya ilə bağlı gedən proseslərə bayağı baxmamalıdırlar”. Bunu SİA-ya açıqlamasında Baş epidemioloq İbadulla Ağayev deyib.

O bildirib ki, karantin rejimi götürüldükdən sonra da, müəyyən müddət ərzində gigiyenik normativlərə, müvafiq qaydalara əməl etməlidirlər.

İbadulla Ağayevin sözlərinə görə, karantin rejiminin yumşaldığı şəraitdə belə, insanların zəruri sanitar-gigiyenik tədbirlərinə əməl etməsi olduqca vacibdir: “Epidemioloji vəziyyət tələb edərsə, karantin rejimi yenidən sərtləşdiriləcək. Bu, əhalinin özündən asılı olan vacib məsələdir. Epidemioloji durum tam sabit olana qədər hər bir kəs öz sosial məsuliyyətini dərk edərək tələb olunan bütün sanitar-gigiyenik normalara əməl etməlidir”.

Baş epidemioloq qeyd edib ki, vacib işi olmayanlar küçəyə çıxmasınlar: “İnsanlar kütləvi yerlərdən uzaq dayanmağa çalışmalıdırlar. Əks halda, bu, xəstəlik hallarının sayının yenidən artması, virusa yoluxmanın ikinci dalğası başlaya bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə