COVID-19-un ölümcül simptomunun müalicəsi TAPILDI

COVID-19-un ölümcül simptomunun müalicəsi TAPILDI

Revmatoid artritin müalicəsinin potensial olaraq xəstənin ölümünə səbəb olan koronavirus infeksiyasının da müalicəsində təsirli olduğu açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu qənaətə gələn fransalı həkimlər sözügedən xəstəliyin müalicəsində istifadə olunan dərman pereparatlarının koronavirus infeksiyasının səbəb olduğu orta və ya ağır sətəlcəm xəstələrinin proqnozunu əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını qeyd ediblər.

Mütəxəssislərin fikrincə, Revmatoid artrit zamanı da xəstələrdə tez-tez hipertsitokinemiya meydana gəlir ki, bunun nəticəsində immunitet sistemi həddindən artıq aşağı düşür və bədənin sağlam hüceyrələri hücuma məruz qalır. Onların sözlərinə görə, koronavirus vəziyyətində də xəstələrdə “sitokain fırtınası” ölümlə başa çatan kəskin tənəffüs çatışmazlığına səbəb ola bilir.

129 nəfərin üzərində təcrübə aparan həkimlər 65 xəstənin müalicəsində Tocilizumabdan, 64 xəstənin müalicəsində isə adi preparatlardan istifadə ediblər. Nəticədə Tocilizumab ilə müalicə olunan xəstələrə demək olar ki, süni nəfəs aparatı lazım olmayıb. Onlar arasında ölüm halına da az rast gəlinib.

Tədqiqatın nəticələrinin ilkin olduğundan onun təsdiqlənməsi üçün daha uzun bir müşahidənin aparılmasına ehtiyac olduğu bildirilir. Lakin artıq həkimlər xəstənin sağ qalmasına təhlükə yaradan, nəzarətsiz immun reaksiyaları ilə xarakterizə olunan COVİD-19-in ən ağır formasının öhdəsindən gələ biləcəklərinə ümid edirlər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə