Yeni növ koronavirus infeksiyasının simptomları artmaqda davam edir. SİA-nın xəbərinə görə, son rəqəmlərdə xəstəliyin 7 əsas simptomunun olduğu açıqlansa da, virus infeksiyasına yoluxanlarda əlavə 4 simptomun da aşkarlandığı məlum olub. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) rəsmi saytında "koronavirus simptomları" başlığı altında siyahısında da dəyişiklik edib. Belə ki, virusun ilk yayıldığı dövrlərdə siyahıda üç simptom yüksək atəş, öskürək və nəfəs darlığı, daha sonra 7 simptom üşütmə, yorğunluq, əzələ ağrısı, baş ağrısı, boğaz ağrısı və dad və qoxu itkisi öz əksini tapmışdısa, siyahıya edilən son dəyişikliklərə əsasən virusun daha 4 simptomunun artdığını görmək mümkündür. Son araşdırmalar nəticəsində məlum olub ki, artıq koronavirus xəstələrində sinədə kəskin ağrı, yüksək təzyiq, şüur qarışıqlığı və göyərmə kimi simptomlara da rast gəlinir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB