Sağalanlara "immun pasport"u vermək istəyən ölkələrə ÜST-dən sərt REAKSİYA

Sağalanlara "immun pasport"u vermək istəyən ölkələrə ÜST-dən sərt REAKSİYA

Ümümdünya Səhiyyə Təşkilatı bir çox ölkələrin koronavirusdan sağalan şəxslərə “immun pasportu”nun verilməsi təbiqinə sərt reaksiya verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, məsələ ilə bağlı açıqlama verən ÜST dünya ölkələrinə müraciət edərək dünyada koronavirusla bağlı vəziyyətin yavaş yavaş normallaşması fonunda ölkələrin əvvəlki həyata dönməsi ilə bağlı istəklərini təhlükəli hesab edib.

Təşkilatdan verilən açıqlamada yeni növ koronavirusa tutulan şəxslərin yenidən yoluxmayacağı ilə bağlı sübutun olmadığı bildirilir: “Bu yaxınlarda Çili “immun pasportu”nu tətbiq etdi. Ölkədə sağalanların immunitet qazanması fonunda bir daha xəstəliyə yoluxmayacaqları ilə bağlı fikri ÜST- də narahatlıq yaradıb. Belə ki, ÜST Çili təcrübəsinin bir çox ölkə tərəfindən təkrarlanması fonundan vəziyyətin daha da ağırlaşmasından narahatdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə