"Koronavirus bədəndə 27 gün qala bilir" MÜTƏXƏSSİ RƏYİ

"Koronavirus bədəndə 27 gün qala bilir" MÜTƏXƏSSİ RƏYİ

Türkiyəli professor, koronovirus elmi komitəsinin üzvü İlhami Çelik COVİD-19 infeksiyanın bədəndə 14-27 gün arasında qala biləcəyini açıqlayıb. SİA-nın xəbərinə görə, mütəxəssis müaliəsini apardığı xəstələrdə belə halla rastlaşdığını dilə gətirərək 27 gün qədər ehtiyatlı olmağın faydalı olduğunu qeyd edib.

Koronavirusun yayılmasının qarşısının alınmasında hər kəsin özünütəcrid tədbirlərini həyat keçirməsinin vacibliyini qeyd edən həkim infeksiyaya yoluxub sonradan sağalan xəstələrin yenidən yoluxma riskinin çətin olduğunu dilə gətirib: “Virusa yoluxan xəstələr arasında sağalmağa doğru gedənlər var. Lakin onların tam şəkildə nə vaxt sağalacağı haqqında danışma çox tezdir”.

27 gün müddətində səbrli olmalıyıq

Koronavirusa yoluxanların immun sistemi ilə bağlı fikirlərini bölüşən professor qeyd edib ki, virusa yoluxub sağalanın immun sistemi zəif olmaz: “Əgər xəstə sağalıbsa, demək ki onun immun sistemi normaldır. Koronavirusa yoluxanların gələcəkdə digər xəstəliyə daha tez yoluxma ehtimalının olması ilə bağlı fikirlər yanlışdır. Bunun heç bir sübutu yoxdur. Virusun orqanizmdə 14 gün qaldığını hər kəs bilir. Xəstəlikdən sağalma isə 3-6 həftə arasında dəyişə bilir. Bununla bağlı araşdırmalar da var. Bizim təcrübəmizdə virusun orqanizmdə 14 gündən daha artıq müddətdə özünü biruzə verdiyinin şahidi olmuşuq. Ona görə də 27 gün müddətində səbrli olmalıyıq.

Havaların isinməsi virusu azaldacaqmı?

Hava temperaturunun yüksəlməsinin koronavirusa təsirlərinə gəlincə, mütəxəssis qeyd edib ki, havaların isinməsi nəticəsində virusun azalacağı ilə bağlı qənaətim var: “Lakin Afrika da yoluxma hallarının olduğuna diqqət etsək, burada vəziyyətin dəyişdiyini də görürük. Virusun işıq təsirindən məhv olduğunu nəzərə alaraq, isti havada virusun pandemiya halını alacağını düşünmürəm”.

“Ehtiyatlı və sakit olmalıyıq”

Tibbi maskadan düzgün istifadənin qaydalarını açıqlayan İ. Çelik söyləyib ki, əgər ətrafınızda heç kimsə yoxdursa, tibbi maskadan istifadə etməyə bilərsiniz: “Çünki virus kimyəvi qaz deyil. Tək olduğunuzda havasız qalmağa ehtiyac yoxdur. Tibbi maska taxdığımızda da ondan düzgün şəkildə istifadə etməliyik. Çoxları tibbi maskadan istifadə edərkən burnunu örtmür. Bu düzgün istifadə qaydası deyil. Hazırda əsas və vacib məsələlərdən biri virusdan qorxmaq deyil, ondan qorunmaqdır. Koronavirusdan qorunmaq istəyiriksə, ehtiyatlı və sakit olmalıyıq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə