Mərkəzi Gömrük Hospitalının dermatoveneroloqu canlı yayımda çıxış edəcək
Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı dermatoveneroloqu Dr. Sevinc Kərimova 23 aprel 2020-ci il tarixində saat 11.00-da “Koronavirus COVİD-19-dan özümüzü necə qorumalıyıq” mövzusunda canlı yayımda çıxış edəcək və izləyicilərin suallarını cavablandıracaq.
Qeyd edək ki, Dr. Sevinc Kərimova 1992-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib, 1992-1993-cü illərdə Mərkəzi Hövzə xəstəxanasında internatura keçib. 1996-2009-cu illərdə Dövlət tibb müəssisəsində həkim-dermatoveneroloq kimi çalışıb.
Dr.Sevinc Kərimova 2009-cu ildən Mərkəzi Gömrük Hospitalında həkim-dermatoveneroloq kimi fəaliyyət göstərir.
Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi "Facebook" səhifəsi üzərindən yayımlanacaq (https://www.facebook.com/customshospital/). Sualları canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür.
Əlavə məlumat üçün (012) 404 08 08 telefon nömrəsinə zəng etmək mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB