ÜST nədir, necə işləyir və kim maliyyələşdirir?

ÜST nədir, necə işləyir və kim maliyyələşdirir?

Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzdində, "insanların sağlamlığının yüksək səviyyəsinə çatmaq" prinsipi ilə qurulan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), ABŞ rəhbərliyi tərəfindən, koronavirusun epidemiyası zamanı izlədiyi siyasətə görə hədəflənir. SİA-nın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatını koronavirus epidemiyasında günahlandıran ABŞ Prezidenti Tramp, təşkilata verdiyi maliyyəni azaltdıqlarını açıqlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı necə qurulub?

Ümumdünya Səhiyyə Təşkilatı 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatının çətiri altında qurulub. Baş ofisi Cenevrədə yerləşən, 150 ölkədə fəaliyyət göstərən ÜST-də 7 mindən çox insan çalışır.

Efiopiyalı Tedros Adhanom Ghebreyesus 2017-ci ildə 5 illik təşkilatın sədri seçilib. Tedros Adhanom Ghebreyesus ilə birlikdə ilk dəfə təşkilata liderliyi Afrikalı edir.

Üzvlər kimlərdir?

Dünya Səhiyyə Təşkilatının Lixtenşteyn istisna olmaqla 194 üzvü var.

Azərbaycan Respublikası 1992-ci il 2 oktyabr tarixində ÜST-ə üzv qəbul olunub.

ÜST-nin yaradılmasının məqsədi nədir və hansı tədqiqatlar aparır?

ÜST-nin nizamnaməsində təsisatın məqsədi "Bütün insanlar mümkün olan ən yüksək sağlamlıq səviyyəsinə çatmaları" kimi ifadə edilir. Təşkilat bu məqsədə çatmaq üçün beynəlxalq səhiyyə fəaliyyətlərinin kordinasiyasını əlaqələndirir. Siyasətlərini ölkələrə tətbiq etmək səlahiyyəti olmayan ÜST, hökumətlərə xəstəliklərin qarşısının alınması və görüləcək tədbirlər barədə tövsiyələr verir.

ÜST-nin 3 əsas iş sahəsi

Hər ölkənin bütün vətəndaşlarını əhatə edən ümumi tibbi sığorta üçün çalışmaq.

Fövqəladə hallarda profilaktik siyasətlə dərhal tədbir almaq.

Hamı üçün sağlam həyat tərzi mövzusunda maarifləndirmə işlərinin aparılması

Kimlər maliyyələşdirir?

Ümumdünya Səhiyyə Təşkilatının büdcəsi 2 illik dövrlərdə müəyyən edilir. 2020-2021 büdcəsi 4,85 milyard dollar səviyyəsində təyin edilib. Bu, əvvəlki iki illik büdcədən 9 faiz çoxdur. Hər bir ölkə büdcəsinə və əhalisinə görə ÜST-yə yardım edir. Buna üzvlük haqqı da deyilir. Bundan əlavə, bəzi ölkələrin Təşkilata könüllü töhfələri və toplanan ianələr var. ABŞ-ın könüllü və üzvlük töhfəsinin məbləği, 800 milyon dollardan çox, ÜST gəlirlərinin mühüm hissəsini təşkil edir.

Ölkələrdən əlavə, Avropa Komissiyası və Bill Geyts Fondu da ən yaxşı töhfə verən təşkilatlardandır.

Uğurları və uğursuzluqları nələrdir?

1970-ci illərdə çiçək xəstəliyinə qarşı sərt mübarizə aparan Ümumdünya Səhiyyə Təşkilatı xəstəliyin idarə olunmasında mühüm rol oynayıb. Təşkilat eyni zamanda Afrika, Asiya və Yaxın Şərqdəki ictimai sağlamlığa ciddi təhlükə yaradan poliomielit olaraq bilinən uşaq iflici xəstəliyinə qarşı qlobal mübarizəyə rəhbərlik edib. Bundan əlavə, Ebola və Zika virusuna qarşı beynəlxalq səhiyyə işlərini əlaqələndirib.

Koronavirus epidemiyası zamanı bir çox insan Ümumdünya Səhiyyə Təşkilatını tərifləsə də, ABŞ prezidenti Trump Təşkilatını Çin tərəfdarı və epidemiyanın yayılmasına görə günahlandırır.

ÜST, Qərbi Afrikada meydana gələn Ebola virusuna qarşı kifayət qədər erkən tədbirlər görmədiyi üçün tənqid edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə