Yeni koronavirus, ağciyərlərdəki kiçik orqanların iltihabla tıxanmasına səbəb olur və bədənin oksigensiz qalması nəticəsində həyati orqanların iflasına səbəb olur. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Bununla birlikdə Washington Post qəzetində və Independent saytında, dünyanın müxtəlif ölkələrindən olan həkimlərin virusun ürək iltihabına, kəskin böyrək xəstəliyinə, nevroloji pozğunluqlara, qanın laxtalanmasına, bağırsaq zədələnmələrinə və qaraciyər problemlərinə səbəb olduğuna dair dəlillərə rast gəldikləri barədə məlumatlar yer alır.
Buna görə həkimlər bildirirlər ki, ağır Covid-19 hallarının müalicəsi çətinləşir və sağalma prosesi daha qeyri-müəyyən hala gəlir.
Həkimlər və tədqiqatçılar bunların yalnız immunitet sisteminin virusa və bədənə hücum etməsindən bəhs edən "sitokin fırtınası" na aid edilə bilməyəcəyini bildirirlər.
ABŞ-ın Yale Universiteti Tibb Məktəbində nevroloq Alan Kligerin dediyinə görə, Covid-19 səbəbindən xəstəxanaya yerləşdirilənlərin təxminən yarısının sidikdə qan və zülal olması böyrəklərin zədələndiyini göstərir.
Kliger daha qorxulu bir başqa bir nəticəyə işarə edərək bildirir ki, Nyu-York və Wuhanda reanimasiyaya aparılan xəstələrin 14-30 faizi böyrək çatışmazlığı nəticəsində dializ və ya davamlı böyrək dəyişməsi ilə müalicə olunmalıdır.
O, Nyu-Yorkdakı reanimasiya xidmətlərində dializ xəstələrinə könüllü olaraq çalışacaq şəxslərə müraciət edildiyini və digər müalicədə istifadə olunan steril mayenin tədarükündə problem olduğunu söyləyib.
Kliger bildirir ki, böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin çox olması onun üçün "yeni vəziyyətdir" və bunu "virusun böyrək hüceyrələrinə yapışaraq onlara hücumu ilə" əlaqələndirir.
Bununla birlikdə, həkimlər və tədqiqatçılar epidemiyanın hələ də sürətlə davam etdiyi bu müddətdə qəti klinik nəticələr əldə etmək üçün kifayət qədər məlumatın olmadığını söyləyirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB