Türkiyədə tibb təhsili alan azərbaycanlılar koronavirusla bağlı ölkəyə qayıdıblar
"Müalicə komandalarının xüsusi təlimlərdən keçməsi çox önəmli idi". SİA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O bildirib ki, bu təlimlər hazırda onlayn rejimdə davam etdirilir: "Məhz bu təlimlərin nəticəsidir ki, 25 % sağalma müşahidə edirik. Türkiyədə təhsil alan həmvətənlərimiz, həkimlərimiz Azərbaycana gələcək. Artıq Birinci vitse-prezident Mehriban Əliyevanın, ÜST və Heydər Əliyev Fondunun təşəbbüsü ilə 20 həkim Azərbaycana gətirilib, onlar yaxın 3 ay ərzində burada olacaqlar. Onlar bizim yerlərdə apardığımız təlimlərə baxacaqlar, məsləhətləşmələr aparacaqlar".
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB