Ötən il sığortaolunanlara göstərilən tibbi xidmətlərin dəyəri açıqlanıb

Ötən il sığortaolunanlara göstərilən tibbi xidmətlərin dəyəri açıqlanıb

Ötən il özəl və təsərrüfat hesablı dövlət tibb müəssisələrinə göndəriş əsasında sığortaolunanlara 4955 müraciət üzrə ümumilikdə 15078 sayda tibbi xidmət göstərilib. SİA xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin illik hesabatında yer alıb.

Hesabatda qeyd olunub ki, göstərilmiş xidmətlərin ümumi dəyəri 4093,16 min manat təşkil edib. Həmin məbləğin 63,18 %-i ürək-damar cərrahiyyəsi, 7,24 %-i neyrocərrahiyyə, 1,07 %-i travmatologiya, 7,75 % -i urologiya, 13,69 %-i oftalmologiya, 0,60 %-i ginekologiya/doğuş, 2,15%-i ümumi cərrahiyyə və 4,32 % i digər sahələr üzrədir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə