"COVİD-19 mövsümi xəstəlik formatına keçəcək" VİRUSOLOQ FİKRİ

“Koronavirus infeksiyası da mövsümi xəstəliklər sırasına daxil olacaq”. SİA-nın xəbərinə görə, bu bunu rusiyalı virusoloq Rinat Maksutov açıqlayıb.

O bildirib ki, epidemiya başa çatacaq və pandemiya özü mövsümi xəstəlik formatına keçəcək.

Onun sözlərinə görə, yeni növ koronavirus insanlarda artıq qrip virusu kimi yayılmağa başlayacaq.

Virusoloq qeyd edib ki, bunun baş verməsi üçün dünya əhalisinin 50-60 faizi immun sistemini gücləndirməlidir.

R. Maksutov qeyd edib ki, bu günə qədər koronavirusa yenidən yoluxmanı təsdiqləyən heç bir dəlil yoxdur”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə