Honkonq universitetinin alimləri koronavirusla mübarizə çərçivəsində dhaa bir müalicə üsulu kəşf ediblər. Belə ki, infeksiya ilə mübarizədə antitel tərkibli qan zərdabının köçürülməsi kömək edə bilər. SİA xəbər verir ki, bu barədə South China Morning Post nəşri yazıb.
Qeyd edilir ki, Çinin mikrobioloqları qızılı Suriya dağsiçanı üzərində təcrübə aparıblar. Bu gəmiricilərin orqanizmlərində insan orqanizminə yaxın olan ACE2 (antiotenzinləşdirici fraqment 2) zülalı mövcuddur. Bu zülal virusun orqanizmin hüceyrələrinə daxil olmasına mane olur və reseptor rolunu oynayır.
Bəlli olub ki, ilk həftədə yoluxmuş heyvanların ağ ciyərləri, traxeyləri, bağırsaqlarının immun sistemləri ağır simptomlara məruz qalıblar. Bundan sonra isə, bəzi gəmiricilər sağalmağa başlayıblar və çəkiləri bərpa olunub. O cümlədən, qanlarında antitellər yaranmağa başlayıb.
Hazırda bir qrup alim səhiyyə komitəsinin müsbət rəyini gözləyirlər ki, mövcud araşdırmanı insanlar üzərində sınasınlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB