“Yeni klinika”-nın tam təchizatla istifadəyə verilməsi diqqətəlayiq hadisədir - AÇLQLAMA

"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 28-də Bakıda "Yeni klinika" tibb müəssisəsinin açılışını etdilər. Hər şeydən öncə qeyd etmək lazımdır ki, belə müasir bir kilinikanın tikilərək n özü diqqətəlayiq bir hadisədir. Çünki heç də həmişə və ya hər yerdə 100 min kvadratmetr ərazini əhatə edən, cərrahiyyə, terapiya, təcili tibbi yardım, poliklinika, ürək və damar cərrahiyyəsi, neyrocərrahiyyə, hemodializ və digər şöbələri olan, 1500-dən artıq həkim və tibbi heyət çalışacağı xəstəxana tikilərək istifadəyə verilmir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, ancaq belə bir xəstəxananın hazırda dünyada və ölkəmizdə yaşadığımız kritik pandemiya mərhələsində açılmasının özü də bir hadisədir: "Açılış zamanı Prezident İlham Əliyev də xüsusi olaraq vurğulayıb ki, "Yeni klinika" tibb müəssisəsinin açılışı əslində bir müddət sonra baş tutacaqdı, ancaq hazırda ölkəmizi təhdid edən koronavirus təhlükəsi nəzərə alınaraq müəssisənin daha tez açılması üçün xüsusi tədbirlər görülüb. Həqiqətən də hazırda koronavirus pandemiyası bütün dünya ölkələri üçün ciddi təhlükə yartdığı kimi Azərbaycanı da təhdid edir. Ona görə də hazırda bu tibb müəssisəsinin koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün istifadə olunması bir daha dövlətimizin öz vətəndaşlarının səhhəti və sağlamlığına nə qədər diqqət göstərdiyinin nümunəsidir".

O, qeyd edib ki, əslində isə səhiyyə xidmətlərinin əlçatanlığının təmin edilməsi üçün ölkəmizdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir: "2004- cü ildən bu günədək 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Az qala bütün regionlarımızda diaqnostika mərkəzləri, şəhər xəstəxanaları tikilib əhalinin xidmətinə verilib ki , bu da koronovirus kimi pandemiyaya qarşı ölkəmizin səhiyyə infrastrukturunu və tibbi xidmətləri yetərli edir. Əlbəttə xəstəxanalar və texniki təchizat məsələnin yalnız bir tərəfidir. Şübhəsiz ki, yüksək hazırlıqlı tibbi kadrlar olmasa səhiyyə sisteminin effektiv işindən danışmaq olmaz. Ona görə də, Azərbaycan Prezidenti həkimlərin fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, son illərdə Azərbaycanda həkimlərin peşəkarlığı böyük dərəcədə artıb".

H.Babaoğlu vurğulayıb ki, bu gün həkimlərimiz ən çətin əməliyyatları aparırlar, insanları həyata qaytarırlar: "Hazırki çətin dövrdə də Azərbaycan həkimləri koronavirusa qarşı mübarizədə öndə olmaqla böyük fədəkarlıq nümunəsi göstərilər. Belə vəziyyətdə hər bir Azərbaycan vətəndaşı ümummilli təhlükəsizliyimizi təhdid edən koronavirus bəlasına qarşı yalnız milli birlik və həmrəylik nümayiş etdirməklə səmərəli mübarizə apara bilər. Ona görə də, vətəndaşlıq məsuliyyəti bu gün hər zamankından daha aktual olmaqla yanaşı həm sıravi vətəndaşlarımızın, həm bütövlükdə cəmiyyətimizin, həm də həkimlərimizin və tibb işçilərimizin təhlükəsizliyinin qorunmasına xidmət etməlidir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə