Koronavirusun yüngül formasını necə müəyyənləşdirə bilərik? ARAŞDIRMA
Ötən ilin dekabrından ilk olaraq Çində başlayan və daha sonra dünya ölkələrinə yayılan COVİD-19-a yoluxanların sayı hazırda 200 mini keçsə də 70 mindən artıq insan insan sağalaraq evə buraxılıb. Mütəxəssislərin açıqladığı rəqəmlərə əsasən isə yeni növ koronavirusa yoluxan xəstələrin 80 faizi isə xəstəliyi daha yüngül formada, hətta ev şəraitində keçirir. Bəs görəsən xəstəliyi daha tez və düzgün necə aşkarlamaq olar?
Yolxucu xəstəlik
Elm adamlarının fikrincə, yolxucu xəstəlikərin sürətlə yayılmasının əsas səbəblərindən biri onun canlı orqanizmə daxil olmasıdır. COVİD-19 uşaqlar üçün xarakterik deyil. Lakin böyüklər arasında xəstə olmayıb, onun daşıyıcısı ola bilər. Aparılan araşdırmalara görə, Almaniyada epidemiya məhz bu yolla yayılıb.
Xəstəliyi necə aşkarlayaq?
COVID-19 un ümumi xarakterik əlamətləri haqqında dəfələrlə bildirilib. Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən açıqlanıb, eləcə də Azərbaycanın Səhiyyə Nazirliyinin saytında öz əksini tapıb. Xatırlatma edək ki, yeni növ koronavirusun əsas əlamətləri qızdırma, öskürək (ümumiyyətlə quru və ya az miqdarda bəlğəm ilə), nəfəs darlığı, sinədə ağırlıq hissidir. Bəzən virus kəskin əlamətlər olmadıqda və ya qızdırmasız yüngül formada da keçə bilir. Xəstəliyin yüngül forması zamanı bu simptomlar bir-iki həftə içində yox olur, ağır hallarda isə altı və ya daha çox həftə davam edə bilir.
COVİD-19-un yüngül forması
Xəstəliyin yüngül forması aşağı temperatur, yüngül baş ağrısı, halsızlıq, boğaz ağrısı, öskürək, əzələ ağrısı, soyuqluq, solğunluq, titrəmədir. İnfeksiyanın yüngül formasında nadir hallarda burunda axıntılar da ola bilir.
Koronavirusu SARS və ya soyuqdəymədən ayırd edə bilərikmi?
SARS və ya söyuqdəymə xəsətlikləri zamanı COVID-19-dan fərqli olaraq öskürək quru deyil bəlğəmli, burun isə hər zaman dolu və axıntılı olur. Bu xəstəliklər zamanı aşağı temperatur və orta dərəcədə baş ağrısı ola bilir.
Bəs COVID-19-u qriplə necə səhv salmayaq?
Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən açıqlanan məlumatlarda da bildirilib ki, COVID-19 və qrip virusu xəstəliyi arasında oxşar simptomlar var. Onların hər ikisi respirator xəstəlik, ən yüngül variantından ağırlaşmağa doğru, hətta ölümə səbəb olan xəstəlikdir.
Lakin qrip zamanı koronavirusdan fərqli olaraq nəfəs darlığı və digər tənəffüs yolu problemləri olmur, temperatur isə hər zaman yüksək olur.
Risk amilləri
Səhiyyə Nazirliyinin tibb işçiləri üçün verdiyi tövsiyələr də göstərir şübhəli simptomlara SARS, bronxit və ya sətəlcəm və digər klinik simptomlar daxildir.
1) COVID-19-un simptomlarının başlanmasına 14 gün qalmış ziyarət edilibsə,
2) Son 14 gün ərzində COVİD-19-a yoluxan və ya laboratoriyada bu diaqnoz qoyulan xəstə ilə təmas olunubsa,
3) Son 14 gündə SARS xəstəliyindən əziyət çəkən və nəzarətdə olan şəxslə görüş və ya digər təmaslar olubsa,
Bu halların hər hansından sonra xəstəliklə bağlı ən yüngül simptomlar varsa belə mütləq şəkildə həkimə müraciət etməli, və ya evə həkim dəvət edilməlidir. Belə hallarda özünüsağaltmaq üsullarına əl atmaq olmaz.
COVİD-19-un qeyri-adi simptomu
Yeni koronavurusla bağlı qeyri-adi simptoma Almaniyada rast gəlinib. Belə ki, COVID-19 hadisələrini müşahidə edən alman həkim Hendrick Strick mətbuata verdiyi müsahibəsində təcrübəsindən danışıb. O bildirib ki, Almaniyada COVID-19 xəstəliyində əziyyət çəkənlərin əksəriyyəti yüngül simptomlara malikdir. Onların əksəriyyətində quru qıcıqlandıran öskürək və orta temperatur var. Xəstəlikdən əziyyət çəkənlərin 30 faizində isə ishal müşahidə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB