Azərbaycanda 3 yeni koronavirusa yoluxma faktı qeydə alınıb

Azərbaycanda 3 yeni koronavirusa yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın MƏLUMATI

Azərbaycan Respublikasında 3 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir. SİA-nın xəbərinə görə, hazırda xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altında olan bütün aktiv koronavirus xəstələrinin müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə