Gürcüstanda koronavirusdan sağalan azərbaycanlı evə buraxılıb

Gürcüstanda koronavirusdan sağalan azərbaycanlı evə buraxılıb

Gürcüstanda ilk koronavirusa yoluxma kimi qeydə alınan 55 yaşlı azərbaycanlı sağalıb və xəstəxanadan evə buraxılıb. Trend-in məlumatına görə, bu barədə Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasından məlumat verilib. Məlumatda bildirilib ki, onun təkrar testlərinin cavabı mənfi olub və o evə buraxılıb.

Həmin şəxsə bir həftə müddətində ev şəraitində qalaraq özünü təcrid etməsi tövsiyə edilib. Qeyd edək ki, azərbaycanlı vətəndaşa koronavirus diaqnozu fevralın 26-da qoyulmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə