Uzman həkim anestezioloq-reanimatoloq Sevda Quliyeva “Həkimlərimizi tanıyın!”
“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə Mərkəzi Gömrük Hospitalının uzman həkim anestezioloq-reanimatoloq Sevda Quliyevanı təqdim edirik.
Dr.Sevda Quliyeva 2010-cu ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirmiş, 2010-2011-ci illərdə Mərkəzi Dəmiryol Xəstəxanasında terapevt ixtisası üzrə internatura keçmişdir.
Dr.Sevda Quliyeva 2012-2017-ci illərdə Türkiyənin İstanbul Universitetinin Tibb fakültəsində təhsilini davam etdirərək anestezioloq-reanimatoloq ixtisası üzrə uzman həkim adını almışdır. O, 2017-2019-cu illərdə İstanbul şəhərində fəaliyyət göstərən Avrasiya Hospitalında anestezioloq-reanimatoloq kimi çalışmışdır.
Daim öz üzərində çalışan Dr.Sevda Quliyeva öz sahəsi üzrə beynəlxalq konqreslərdə, konfranslarda və simpoziumlarda iştirak edir. Türkiyə Anesteziologiya və Reanimasiya Dərnəyinin təşkilatçılığı ilə keçirilən 53-cü Milli Konqresi çərçivəsində Alparslan Turan adına keçirilən klinik araşdırma yarışmasında "Laparoskopik əməliyyatlarda fərqli intraoperativ oksigen inspirasiya fraksiyalarının qlikokaliks üzərinə təsiri" adlı çalışması ilə birinci yerə layiq görülmüşdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB