Viruslardan qorunmağın ən sadə YOLU MÜTƏXƏSSİS RƏYİ-ÖZƏL

Viruslardan qorunmağın ən sadə YOLU MÜTƏXƏSSİS RƏYİ-ÖZƏL

“Viruslar asanlıqla yayıla bilən infeksiyalardır. İlk olaraq tibbi maskalardan istifadə edilməlidir”. Bunu SİA-ya açıqlamasında həkim Nəzrin Mustafayeva deyib.

“Nəzərə alsaq ki, infeksiya mənbəyi xəstə şəxslərdir. Onlardan digər şəxslərə infeksiyalar sıx təmas vasitəsilə, öpüşüb-görüşməklə, əllə salamlaşmaq, ortaq əşyalardan istifadə etmək yolu, eyni zamanda xəstə şəxslərdən sağlam xəstələrə hava damcı yolu ilə yayılma qabiliyyətinə malik xəstəliklərdir. Belə olan halda xəstə şəxslər yataq rejiminə keçməli, çoxlu maye qəbul etməli, hərarəti nəzarətdə saxlanmalıdır”, - deyə həkim qeyd edib.

O bildirib ki, yalınız həkim müayinəsindən sonra dərman müayinəsinə başlamaq olar: “Kütləvi yerlərdə, eləcə də ictimai nəqliyyyatda xəstəliyə yoluxma halı daha çox baş verdiyini nəzərə alsaq, bu zaman əllər tez-tez yuyulmalı, qoruyucu və dezinfeksiya vasitələrindən istifadə edilməlidir”.

N.Hacıyeva söyləyib ki, viruslardan qorunmağın ən əsas yolu gigiyena qaydaların düzgün riayət etməkdir: “Burada əl gigiyenası çox önəmlidir. Əllər nomal axar su altında sabunla yuyulmalıdır. Unutmamalıyıq ki, ən sadə təmizlik qaydaları xəstəliklərin qarşını almaq üçün əsas vasitələrdən biridir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə