Koronavirusla bağlı hazırlanan Strateji Plan və onun MÜDDƏALARI AÇIQLAMA
“Hazırda Ümumdünya Səhiyyə Təşkilatı dünyada yeni koronavirus epidemiyasını yayılmasını 4 mərhələyə ayırır. Birincisi, virusa yoluxma halı olmayan, ikincisi başqa ölkədən ora daxil olan yəni virusun ilkin mərhələsində olan, üçüncüsü müxtəlif yerlərində yoluxma halı qeydə alınan, dördüncüsü isə epidemiyanın çox geniş yayıldığı ölkələr. Bu bölgüyə görə Azərbaycan ikinci sıralamadadır. Bu da o deməkdir ki, Azərbaycan virusun ilkin mərhələsindədir. Çünki, ölkəndə yoluxma halı sadəcə digər ölkələrdən gələn vətəndaşlarda qeydə alınıb”. SİA-nın xəbərinə görə, bunu Ümümdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı açıqlamasında deyib.
O bildirib ki, Ümüdünya Səhiyyə Təşkilatının Azərbaycanla iş birliyi yeni deyil.
Ümümdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin 1994-cü ildə fəaliyyətə başladığını deyən H. Harmancı söyləyib ki, lakin koronavirus epidemiyası Azərbaycanla bizim fəaliyyətimizi daha da sıxlaşdırdı: “ Biz tövsiyələrimizi həm Səhiyyə Nazirliyi, həm də İcbari Tibbi Sığorta Agentliyinə sıx şəkildə çatdırırırıq. Eyni zamanda yoluxma halının daha tez aşkarlanması üçün dünyada yeni istehsal olunan testləri ölkənizə gətirmişik. Bundan əvvəl min , daha sonra Azərbaycana 3 min test gətirilib. Təbii ki görülən işlər bununla btmir. Azərbaycan hökuməti tərəfindən də bu istiqamətdə addımlar atılır”.
Nümayəndəlik rəhbəri qeyd edib ki, qarşımızda duran əsas iş yaxın 3-6 ay müddətində strateji Plan tərtib etməyə kömək etməkdir: “Təbii ki, bu bizim deyil, Azərbaycanın Planı olduğundan burada epidemiyaya yoluxma halına qarşı mübarizə aparan bütün qurum və agentliklərin bərabər çalışaraq, yekun qərar qəbul etməsi çox önəmlidir. Biz digər ölkələrdən öyrəndiyimiz təcrübələri Azərbaycanla bölüşərək ən yaxşı təcrübələri burada tətbiq edilməsinə çalışacağıq”.
Planın müddəaları haqqında məlumat verən N. Narmancı vurğulayıb ki, Planda koronavirusla bağlı fərqli mübarizə tədbirləri öz əksin tapıb: “Epidemiya ilə mübarizə təkcə səhiyyənin işi deyil, burada bütün xalq, əhalinin rolu böyükdür. İlk növbədə insanların maarifləndirilməsi, hansı məqamda nə edəcəyi, yoluxmamaq, yoluxduqdan sonra hansı addımlar atması çox vacibdir. Bu baxımdan da Planda nəzərdə tutulan ilk komponenti əhalini risklərlə bağlı məlumatlandırmaqdır. Bu ilər kordinasiyalı şəkildə həyata keçirilməlidir”.
O qeyd edib ki, Planın ikinci müddəasında aiddiyyatı qurumların bir-birilə əlaqə qurması öz əksini tapıb: “ Bununla yanaşı xəstəxanaların hazırlanması, xəstəliyi ağır keçirənlər üçün reanimasiya şöbələrinin hazır vəziyyətə gətirilməsi məsələləri də var ki, bununla bağlı Azərbaycanda işlər həyata keçirilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB