53 mindən çox insan koronavirusdan sağalıb

53 mindən çox insan koronavirusdan sağalıb

Çində koronavirusa yoluxan şəxslərin sayı 80 min 552 nəfərə çatıb, onlardan 3 min 42 nəfəri dünyasını dəyişib, 53 min 700 nəfər isə sağalaraq xəstəxanalardan evə buraxılıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ötən gün ərzində ölkə daxilində 143 yeni yoluxma aşkarlanıb, 1681 nəfər xəstəxanadan evə buraxılıb, 30 nəfər isə dünyasını dəyişib.

Xəstələrlə yaxın əlaqədə olan 29 min 9 insan isə tibbi nəzarət altındadır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə