44 rayonunda dezinfeksiya işləri aparılıb AÇIQLAMA - ÖZƏL

44 rayonunda dezinfeksiya işləri aparılıb AÇIQLAMA - ÖZƏL

“Koronaviurs ümumumbəşəri bəladır. Bütün ölkələrdə olduğu kimi bizdə də qabaqlayıcı tədbirlər həyata keçirilir. Səhiyyə Nazirliyi tərəfindən 2020-ci ilin yanvar ayında verilən müvafiq əmrə əsasən, işlərə başlanılıb, genişmiqyasılı dezinfeksiya işləri aparılır”. Bu fikirləri SİA-ya açıqlamasında Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

Dezinfeksiya işlərinin hazırda da davam etdiyini deyən qurum rəsmisi söyləyib ki, əhalinin kütləvi olan yerlər, mütəşşəkil idarələr, kimyəvi maddələrlə dezinfeksiya olunur: “Nə qədər ki, bəşəriyyətdə canlılar var virusların olması da labüddur. Bu baxımdan koronavirusdan öncə də planlı şəkildə məktəblərdə, ictimai yerlərdə dezinfeksiya işləri aparılırdı. Bu sahə ilə bağlı proseslər bütün işlər qaydasındadır”.

Z.Kazımov söyləyib ki, Mərkəz tərəfindən cari dezinfeksiya işləri yalnız yolxucu xəstəlik baş vermiş ocaqlarda aparılır: “Lakin digər yerlərdə dezinfeksiya işləri müəssisələr və onların rəhbərlərinin üzərinə düşür. Bizim tərəfimizdən də dezinfeksiya işləri nəzarətdə saxlanılır. Bu sahədə həm ictimaiyyət, həm dövlət, həm də qeyri-dövlət qurumları bizə kömək etməlidirlər. Belə olan halda, həm keyfiyyət həm də kəmiyyət məsələsi lazımi səviyyədə olur. Koronavirus elə infeksiyadır ki, onu oturub gözləmək lazım deyil, qabaqalayıcı tədbirlər vaxtında görülməlidir”.

Mərkəzinin şöbə müdiri qeyd edib ki, ölkənin 66 rayonundan 44-ündə dezinfeksiya işlərinin aparılması üçün qabaqlayıcı tədbirlər görülüb, lazımi məhlullarla təmin olunub.

Z.Kazımov vurğulayıb ki, virusa yoluxmamaq üçün insanlarımız şəxsi gigiyenik qaydalara düzgün riayət etməlidirlər: “Otaq temperaturu gözlənməli, qidalanmaya fikir verilməlidir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə