Koronavirus necə müalicə olunur? MÜTƏXƏSSİS RƏYİ-ÖZƏL

Koronavirus necə müalicə olunur? MÜTƏXƏSSİS RƏYİ-ÖZƏL

“30 yanvardan başlayaraq koronavirus infeksiyasının Azərbaycana daxil olmasının qarşısının alınması üçün profilaktik tədbirlər planı Nazirlər Kabineti tərəfindən təsdiqlənmişdi və plandan irəli gələn məsələlərlə əlaqədar bütün aiddiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdi”. Bu fikirləri SİA-ya açıqlamasında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözləırinə görə, yanvar ayında Azərbaycanın Çindəki səfirliyi tərəfindən alınan sənəddə ÇXR-da bu xəstəliyin yayılması zamanı müşahidə olunan bütün xüsusiyyətlər qeyd olunmuşdu: “Bildiyiniz kimi bu yeni virusdur və ona görə də sənəddə Çindəki həkimlər virusun istər potogenizi, istər klinik xüsusiyyətləri, istərsə də müalicədə istifadə olunan dərman preparatları haqqında bizə məlumat verilmişdi. Məhz onun əsasənda da Azərbaycanda virusla mübarizə məqsədilə Plan tərtib olunmuşdu”.

Azərbaycanda ilk yoluxma halı qeydə alınmamışdan öncə, virus sərhədlərimizə yaxınlaşdığı zaman ptofilaktik tədbirlər planını daha intensiv şəkildə həyata keçirmək üçün qərargahın yaradıldığını deyən şöbə müdiri söyləyib ki, hazırda virusla mübarizədə işlər daha aktiv şəkildə davam etdirilir.

Y. Qarayeva söyləyib ki, hazırda ölkəmizdə 3 koronavirusa yoluxma halı qeydə alınıb: “Onların vəziyyəti stabildir. Lakin xəstələrə müşahidə altında dəstəkverici müalicə tətbiq olunur. Bu xəstəliyin əsas mülicəsi məhz dəstəkvericidir. Hazırda virusa qarşı xüsusi peyvənd və ya dərmanı yoxdur. Adi repirator infeksiyalar kimi dəstəkverici terapiyta ilə xəstəliyi müalicə etmək mümkündür. Hətta müalicə olunmadan belə xəstəliyin yüngül formasından sağalma halını müşahi etmək olur”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə