Koronavirus ölümcül deyil, hər zaman olub və olacaq... Rusiyalı akademikdən ŞOK AÇIQLAMA
D.İ.İvanovsk adına Virusologiya Elmi Tədqiqat İnstitutunun baş elmi işçisi, Rusiya Elmlər Akademiyasının akademiki Dmitriy Lvov RT kanalına koronavirusla bağlı açıqlama verib. SİA həmin açıqlamanı olduğu kimi təqdim edir.
“Mən buna dərindən əminəm ki, bütün virus xəstəlikləri insana heyvanlardan keçir. Bu 1000 il bundan əvvəl də belə olub, indi də belədir. Heyvanlara isə viruslar milyonlarla il bundan qabaq düşüblər. Təbiətin virus infeksiya daşıyıcısı isə gəmiricilərdir. İndi koronavirus dediyimiz virus infeksiyası da məhz gəmiricilərdə, daha dəqiq desək uçan siçanlarda, yarasalardadır. Hətta 2002-2003 cü illərdə yayılan SARS-la bu virus yaxın qardaşlardır. O vaxtdan bu dövrə qədər insanlar virusa yoluxmayıb, xəstəliyə tutulmayıblar, amma virus uçan siçanların, yarasaların orqanizmində dövr etməkdə davam ediblər. Heç bir şübhə yoxdur ki, bu partlayış uçan siçanlarla, yarasalarla əlaqədardır və onlar birinci mənbə hesab olunur koronavirus üçün.
Koronaviruslar çoxdur. Onların ola bilsin ki, onlarla, hətta yüzlərlə növləri var. Onların bir çoxu quşlara təsir edir, onları zədələyir, xəsarət yetirir. Məsələn, elə koronavirus var ki, o məhs bülbüllərə xəsarət yetirir və məhz onun adı da bül-bül adlanır. Bir çox koronaviruslar kitləri zədələyir, digərləri balıqlara təsir edir.
Ümumiyyətlə, iki növ koronavirus var. Bunlardan alfa koronavirus, hansıki, insanlarda yaşayan bütün virusları özündə birləşdirir. Məsələn, insanların uzun illərdir xəstələndiyi qrup bunlardandır. Hansı ki, bunlar mövsümi xarakter daşıyır və körpə uşaqlarda belə rast gəlinir və yüngül narahatlıqlarla ötüşüb gedir. Onlar heç bir ciddi narahatçılığa səbəb olacaq iz qoymurlar.
Koronovirusdan niyə insanlar ölürlər və necə olur bu? Məsələ burasındadır ki, virusa yoluxanların hamısı ölmürlər. Amma ölüm faktı var və adi qripdən fərqlidir. Bu müddət ərzində koronovirus 80 min həddində insana yoluxubsa, adi qrip bu vaxtadək 5 milyon adama yoluxardı. Öldürdüyü insanların da sayı müqaisədə dəfələrlə çox olardı. Mən ABŞ-ın İnfeksion Xəstəliklərlə Mübarizə Mərkəzinin məlumatları ilə maraqlandım və mənə məlum oldu ki, ştatlarda adi qripdən bu vaxt ərzində 10 mindən çox insan ölüb. Düşünmürəm ki, bu virus insan populyasiyasında uzun müddət qala bilər. O, yenə də uçan siçanlara, yarasalara qayıdacaq. Onu başqaları əvəz edəcək və insan bədənindən bir növ qovacaq. Ola bilsin ki, illərlə sonra həmin virus yenidən peyda olacaq və bu dəfə bəlkə də Çində deyil, məsələn, Rusiyada peyda ola bilər. Çünki, uçan siçanlar elə Rusiyada da yaşayır və onların mövsümü miqrasiyaları da nəzərə alınmalıdır. Bəlkə də Rusiyada olan uçan siçanlar, yarasalar qışlamaq üçün Çindədirlər. Heç kim deyə bilməz ki, onlar yenə də bu ölkəyə qayıtmayacaq və bunun qarşısı alınmazdır. Heç də bu yarasaların yeyilməsi virusun keçməsi və yayılmasına yeganə səbəb deyil. İş ondadır ki, virus bu canlıların ifrazatı ilə də yayıla bilər. Ola bilsin ki, Çində həmin yarasalar, hansıki, virus daşıyıcıları olub, onlar bəlkə də bazarlarda qida məhsullarını öz ifrazatları ilə çirkləndirib və yoluxmaya da səbəb bu olub. Bəlkə də, dəniz məhsulları da bu cirklənmiş, virusla zəngin məhsullara çevrilib və termiki emaldan keçməyən zaman insan orqanizminə düşmə etimalı artıb. Bilirik ki, Çinin özündə termiki emal olunmadan dəniz məhsullarından istifadə olunur. Bu fakt virusun insana keçmə etimalını artırır. Deyək ki, artıq insan yoluxduqdan sonra proses tamamilə başqa şəkildə gedir və virus bu dəfə insandan insana ötürülür. Amma sübut olunub ki, koronavirusun insandan insana keçməsi adi qripdən dəfələrlə aşağıdır. Proses gedir, amma demək olar ki, çox zəif gedir. Hazırda Rusiyada sözügedən virusdan əlavə quş, donuz və digəri də olmaqla, 3 növ qrip yayılıb. Bundan əlavə üstəlik paraqrip, pnevmovirus, bokavirus, adenavirus, rinavirus və digərləri olmaqla, 7 növ mövsümi koronaviruslar da öz növbəsində ölkədə mövcuddur. Bunlar hamısı yuxarı tənəffüs yollarına təsir edən viruslardır. Bunların ola bilsin ki, simptomları müəyyən qədər fərqli ola bilər, amma hamısı resperator viruaslar hesab olunur. Hamısında öskürək, soyuqdəymə, hərarət ümumi əlamətlərdir. Bəzən adi qrip səbəbindən məktəblər də bağlanır. Bu hər il təkrarlanır. Ələlxüsus qış mövsümündə olur və bunun davam edəcəyi də təkzib edilə bilməz.
Niyə bu viruslar ələlxüsus qış mövsümündə yayılır? Qış mövsümündə orqanizmdə bir yenidənqurma prosesi baş verir. Orqanizmin renistensiyası aşağı düşür ki, bu da viruslara davamlılığı zəiflədir. Digər tərəfdən qış dövründə insanların konsentrasiyası, ələlxüsus yaşayış yerlərində, olduqları mühitdəki vəziyyətdəki halı da rol oynayır. Yüksək konsentrasiya virusun yayılması üçün isə ən münbit şəraitdir. Niyə bütün proseslər Çində oldu? Çunki, insanların sayı çoxdur, əhalinin çox yüksək konsentrasiya var. Ona görə də uçan siçanlarla toqquşma bax belə bir nəticələrə gətirib çıxardı.
Bəzən televiziya kanallarında eşidirəm ki, bu virus barədə ölümcül virus deyilir. Bu heç də ölümcül virus deyil. Bu ümumiyyətdə faciyə də deyil, virus hər zaman olub, var və olacaq da. Bundan sadəcə qorunmaq, mühafizə olunmaq lazımdır. Qorunmaq və mühafizə olunmaq üçün isə yaxşı müayinə olyunmaq lazımdır ki, bu hazırda hər yerdə var. İndi testlər də var, yoxlamalar da yüksək səviyyədə aparılır və özü də hər yerdə.
Bir neçə kəlmə də maskalar barəsində demək olar. Bir sıra tənziflərdən, əskilərdən hazırlanmış maskalar ki, var, onlar maska deyil. Onun heç bir mənası və mahiyyəti yoxdur. Bir çox maskalar var ki, onlar daha sıx toxunuşlu maskalardır, onlar və bir də xüsusi respiratorlar istehsal olunur ki, onların qoruyuculuq qabiliyyəti nisbətən çoxdur. Onu da qeyd edək ki, bu maskalar əslində sizi xəstələrdən qorumur, əksinə, siz xəstə olduğunuz təqdirdə digərlərini sizdən qoruyur ki, bu da çox aşağı səviyyədədir. Çünki, virus eyni zamanda gözlərə də düşə bilir və bununla yanaşı maskalar yalnız böyük damcıları saxlaya bilirlər. İnsanlar təmasda olduğu zamanda bir-birinə viruslar ötürə bilir ki, bu zaman maskalar çox az miqdarda mühafizə edə bilirlər. Bu maskalar virusa yoluxmamaq üçün zəmanət hesab oluna bilməz. Maskaların taxılması mühafizə üçün əlavə şans hesab oluna bilər hardasa. Amma təkrar edirəm unutmayın ki, sizi başqasından deyil, sizdən başqalarını qorumaq üçün.
Koronavirus nə qədər davam edə bilər? Əgər bütün dünya çinlilər kimi fəaliyyət göstərsəydi, bəlkə də artıq bundan çoxdan dünya xilas olardı. Əfsus ki, bütün dünyada bununla mübarizə Çindəki kimi deyil. Profilaktik mühafizə tədbirlərdən hər yerdə çindəki kimi yüksək səviyyədə deyil. Hadisələrin necə inkişaf edəcəyini demək çətindir, amma düşünürəm ki, bir il müddətində bu hala son qoyulacaq.
Virusun hansısa etnik qrupa daha çox təsir etməsi barədə yayılanlar doğrudurmu? Bu yanlış yola düşməkdir. Mən izah etməyə çalışdım ki, bu uçan siçanlardan, yarasalardan insanlara keçib və sonra da insanlar özləri bir-birilərinə ötürüblər. Məhz çinlilərə daha çox təsir etməsi, yaxud ancaq Çində yaranma şəraiti və sair bunlar yanlış düşüncədir. Virus üçün çinli ilə digər bir ölkədə yaşayan, başqa irqə, etnik qrupa mənsub olan arasında hansısa fərqi ola bilməz.
Bəs nəyə görə Çində daha çox insan yoluxub və daha çox ölənlər də bu ölkədədəir. Çünki, bu xəstəlik ilk dəfə Çində peyda olub. Həmin ərazidə yarasalar da çoxdur, elə insanılar da. Yeri gəlmişkən, indi elə hamı buna yoluxur axı. İndi Amerikada da yoluxanlar var. Onun yoluxma qabiliyyəti elə də çox deyil. Amma biz də bu virus gəlib çatarsa, təbii ki, yoluxma etimalı var. Yenə təkrar edirəm birincisi Çində yaranıb, ikincisi də orada insan sıxlığı digər yerlərdən daha çoxdur deyə nəticələr də yüksəkdir. Amma mənə verilən məlumata görə orada da artıq yoluxma prosesinin faizi azalır və virusun yayılma sürəti aşağı düşür. Doğrudur, onlar bu nəticəni əldə etmək üçün kifayət qədər güc tətbiq ediblər və bu nəticələrə görə onları təbrik etməyə də dəyər.
Əslində, bu virus, yaxud koronavirusla bağlı hadisələr bütün dünya üçün bir dərs, bir sınaq oldu. İstənilən an virus, infeksiya dünyanı bürüyə bilər və sədəcə buna hazırlıqlı olmaq lazım olduğunu bu virus bütün dünyaya başa saldı. İnformasiya vermək, maarifləndirmək lazımdır ki, heç bir təşviş olmasın”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB