Çində yeni koronavirusa yoluxanların sayı 80 min 026 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Çinin dövlət komitəsi virusdan 2912 nəfərin öldüyünü açıqlayıb.
Məlumata görə, yoluxanlardan 44 min 462 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb, hazırda 32 min 652 nəfər xəstəlikdən əziyyət çəkir.
Son gün ərzində ölkədə 202 yoluxma halı qeydə alınıb. 2837 nəfər xəstəxanadan evə buraxılıb, 42 nəfər isə dünyasını dəyişib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB