Koronavirusa yoluxmuş xəstə xüsusi boks şəraitində saxlanılır - MƏTBUAT KONFRANSI

"Bu gün ölkədə aşkarlanan ilk koronavirus xəstəsi 1997-ci il təvəlüdlü Rusiya vətəndaşıdır". SİA-nın verdiyi məlumata görə, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü Yaqut Qarayeva koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib.

Onun sözlərinə görə, xəstə sərhədi keçərkən məlumat verib: "Xəstə dərhal nəzarətə götürülüb. Hazırda karantində saxlanılır. Vəziyyəti stabildir, ağırlaşma yoxdur. Artıq xəstə müayinə olunub. Analizlər götürülüb. Həmin xəstə xüsusi boks şəraitində saxlanılır".

Qeyd edək ki, bu gün Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD - 19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...