Çində epidemoloji vəziyyət yaxşılaşır

Çində yeni növ koronavirusa yoluxanların təxminən 46 faizi sağalaraq xəstəxanalardan evə buraxılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, son statistik rəqəmlərə görə, Çində vurisa yoluxanların sayı ümumilikdə 78 min 824 nəfərə çatıb. Onlardan 36 min 117 nəfər sağalaraq evə buraxılıb ki, bu da xəstələrin 45.8 faizindən çoxunu təşkil edir. Hazırda 39 min 919 xəstəxanalarda müalicəsini davam etdirir. Xəstəlik 2788 nəfərin həyatına son qoyub.

Son rəqəmlərə əsasən Çində epidemioloji vəziyyətin yaxşılaşdığını görmək mümkündür. Belə ki, son bir gün ərzində ölkə daxilində 327 yeni yoluxma hadisəsi aşkar edilib. İlk dəfə bir gündə xəstəxanadan sa]alaraq çıxan xəstələrin sayı 3 mini ötüb. Ötən gün ərzində 44 ölüm hadisəsi qeydə alınıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə