Koronavurusun Azərbaycana keçməsinin qarşısını necə alaq? MÜTƏXƏSSİS RƏYİ - ÖZƏL

“İranla Azərbaycan arasında gediş-gəliş çox olduğu üçün mühüm tədbirlərin görülməsi zəruridir. Hazırda ölkəmizdə koronavirus aşkarlanmasa da, qonşu ölkə İranda vəziyyət daha ciddidir. İnsanlar vacib işləri olmadıqları halda İrana getməməlidirlər”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

İranda koronavirusun yayılması, bu xəstəlikdən hətta ölüm hallarının baş verməsini nəzərə alaraq, həmin ölkəyə getmək istəyən Azərbaycan vətəndaşlarına bəzi tövsiyələrini verən Azərbaycanın baş infeksionisti qeyd edib ki, bu ölkəyə getməyə məcbur olan Azərbaycan vətəndaşları orada insanların kütləvi toplaşdığı yerlərdən uzaq dursunlar, yoluxmadan qorunmaq üçün maskadan, qablaşdırılmış sudan istifadə etsinlər, qidalanma zamanı yaxşı bişmiş ət və ərzaqlara üstünlük versinlər, mütəmadi olaraq əllərini yusunlar.

C.İsayev qeyd edib ki, əgər insanlar özlərində hər hansı şübhəli əlamət hiss edərsə, o zaman təcili şəkildə həkimə müraciət edilməlidirlər: “Espirator sindromu olanlar mütləq maska taxmalıdırlar. Çünki onların xəstəliyə yoluxma ehtimalı daha yüksəkdir. Yaxşı olar ki, xəstə insanlar ya ev, ya da ağır olacağı təqdirdə xəstəxana şəraitində müalicə alsınlar. Hər respirator virus infeksiyası əlaməti olan şəxslərə koronavirusa yoluxub demək olmaz. Lakin bu, onların həm özləri, həm də yaxınlığındakı qohum-əqrabalarının sağlamlığı üçün vacibdir. Sadaladığım tədbirlər görülərsə, xəstəliyin Azərbaycana keçməsinin qarşısı alınar”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə