Koronovirusdan ölənlərin sayı 2 mini ötdü

Çində koronovirusa yoluxanların sayı 74,1 min nəfər, ölənlərin sayı isə 2004 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Səhiyyə Nazirliyinə 31 əyalətdən (rayon, mərkəzi tabeliyindəki şəhərlər) 74 min 185 təsdiq edilmiş yeni koronavirusa yoluxma ilə bağlı məlumat daxil olub. Onlardan 57 min 805 nəfəri xəstəlikdən əziyyət çəkir, 11 min 977 nəfərin vəziyyəti isə ağırdır. Ümumilikdə 14 min 376 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb, 2004 nəfər isə dünyasını dəyişib.

Məlumat üçün nəzərinizə çatdıraq ki, 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti, Ümumdünya Səhiyyə Təşkilatına, ölkənin mərkəzi hissəsindəki Wuhan şəhərində (Hubei əyaləti) naməlum sətəlcəm xəstəliyi ilə bağlı məlumat verib. Mütəxəssislər xəstəliyin törədicisini təyin edərək onun yeni koronavirus olduğunu müəyyən ediblər. ÜST tərəfindən xəstəliyə COVID-2019 rəsmi adı verilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...