Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin rəisi Telman Aytayev “Həkim məsləhəti”

Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin rəisi, uzman pediatr-neonatoloq Telman Aytayev “Həkim məsləhəti” rubrikasında yoluxucu qrip-influenza viral infeksiyası ilə bağlı sualımızı cavablandırır. Qış aylarının başlaması ilə uşaqların qrip xəstəliyinə tutulması halları da çoxalır. Uşaqlarda qrip xəstəliyi bəzən ağır fəsadlarla nəticələnə bilir.

- Doktor, yoluxucu qrip infeksiyası uşaqlarda hansı əlamətlərlə müşahidə olunur və hansı fəsadları yaradır?

- Qrip xəstəliyini törədən bir çox viruslar var. Lakin, onların içində uşaqlarda daha çox fəsad yaradan influenza virusudur. Bu virus anidən başlayan 39 dərəcəni keçən qızdırma, halsızlıq, şiddətli əzələ və oynaq ağrıları, iştahsızlıq, titrəmə, baş ağrısı, öskürək kimi əlamətlərlə müşahidə olunur. Hava-damcı yolu ilə ötürülən virus qripin müalicəsi gecikdirildikdə ağciyərdə pnevmoniya, bronxiolit və qulaqlarda otit kimi qripin ən çox rast gəlinən fəsadlarını yarada bilər. Ən riskli qrup isə həyatının ilk 3 ayını yaşayan körpələrdir.

- Qrip epidemiyaları zamanı insanların yoluxmasının qarşısını almaq üçün vaksinasiya ən səmərəli üsullardan biridir. Qrip əleyhinə vurulmuş “Vaxigrip” peyvəndi qrip virusuna qarşı orqanizmin immunitetini artırır və onların sağlamlığının qorunmasına yardım edir. Mərkəzi Gömrük Hospitalında qrip virusuna qarşı Fransanın "Sanofi Pasteur" şirkətinin istehsalı olan “Vaxigrip” peyvəndi tətbiq edilir. Vaksinasiya adətən dekabr ayına qədər tətbiq olunur. Lakin hər hansı səbəbdən peyvənd edilməyibsə, epidemiyanın qızğın çağında vaksinasiyaya etmək olar ki, bu da ağır qrip riskini azaltmağa kömək edir.Virusa qarşı anticisimlər vaksinasiyadan 10-15 gün sonra yaranaraq ən azı 1 il ərzində orqanizmdə qalır və insan orqanizmi bu xəstəlikdən qoruyur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...