Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı uzman ümumi cərrahı Elnur Pirəliyev 27 noyabr 2019-cu il tarixində saat 16.00-da canlı yayımda“Düyünlü zob və təkrarlanan zob: doğru sayılan yanlışlar" mövzusunda çıxış edəcək və izləyicilərin suallarını cavablandıracaq.
Dr. Elnur Pirəliyev Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirdikdən sonra 2014-2019-cu illərdə Türkiyə Cümhuriyyəti Bezmialem Vakıf Universitetində cərrah ixtisası üzrə uzmanlıq təhsili almış və 2019-cu ildə Amerika Birləşmiş Ştatlarının məşhur Cleveland Clinic xəstəxanasında Endokrin ve Metabolozim Cərrahiyyəsi, Minimal invaziv və Robotik cərrahiyyə üzrə təhsilini davam etdirmişdir. Dr. Elnur Pirəliyevin Braziliyanın, Avstraliyanın, ABŞ-ın və Türkiyənin bir çox nüfuzlu elmi tibbi jurnallarında 20-yə yaxın elmi məqalələri dərc olunmuşdur.
Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi "Facebook" səhifəsi üzərindən yayımlanacaq (https://www.facebook.com/customshospital/). Sualları canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür. Əlavə məlumat üçün (012) 404 08 08 telefon nömrəsinə zəng etmək mümkündür
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB