Boston Universitetinin Tibb Mərkəzinin professoru Maykl Holika bədəndə D vitamini çatışmazlığının əsas əlamətlərini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, alimin fikrincə D vitamini çatışmazlığı nətcəsində günün birinci yarısında əzələlərdə, sümüklərdə və oynaqlarda ağrılar olur. Bununla yanaşı vitamin çatışmazlığı nəticəsində digər problemlər də meydana gəlir ki, bura çəki artımı, bağırsaq ağrısı, depressiya və başın tərləməsi daxildir.
Professorun sözlərinə görə, vitamin çatışmazlığı daha çox qış aylarında müşahidə olunur ki, bu da 2 tip şəkər, osteoporoz və təzyiq xəstəliyi riskini artırır.
D vitamini çatışmazlığını kompensasiya etmək üçün mütəxəssis günəşli günlərdə ən azı 10-15 dəqiqə günəş altında olmağı məsləhət görüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB