Səhiyyə Nazirliyinin İsmayıllıda baş verən hadisə ilə bağlı AÇIQLAMASI

İsmayıllıda kütləvi zəhərlənmə ehtimalı ilə xəstəxanaya müraciət olunub. Səhiyyə Nazirliyindən SİA-ya verilən məlumata görə, zəhərlənmə ehtimalı ilə 7 nəfər (3 kişi, 4 qadın) İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edib: "Baş həkim Aydın Əsədovun verdiyi məlumata görə, müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evlərinə buraxılacaqlar. Hadisə barədə polis və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib".

Nazirlikdən bildirilib ki, hadisənin hansı səbəbdən baş verdiyi tibbi ekspertizadan sonra müəyyən ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə