Ovuclarına bax, xəstəliyini anla!

Ovuclarına bax, xəstəliyini anla!

Mütəxəssislər bildirir ki, insan özü də bədənində baş vermiş dəyişikliklərlə səhhətində problemin başladığını vaxtında görə bilər. Odur ki, ovucların içinə baxmaqla hansı xəstəlikləri təyin etməyin mümkün variantlarını təqdim edirik.

-Əgər barmaqlar, dırnaqlar göyərirsə, qan dövranı zəifləyib, oksigen çatmır. Bu aşağı hemoqlobin, ürək-damar xəstəliyinə işarədir. Kardioloq və terapevtə getmək vaxtıdır.

-Ovuclar tərləyirsə, şümallaşıbsa, parlayırsa- qalxanvari vəzi problemi var. Endokrinoqa getmək və şəkəri də yoxlatmaq lazımdır.

-Barmaqların sümükləşməsi, bərkiməsi, əyilməsi, sümük çıxıntısı - osteoporoz, sümük əriməsi əlamətidir. Bütün oynaqlar, xüsusən bel, çanaq yoxlanmalıdır.

-Biləyin, əlin şişməsi - beyində törəmə və başqa problem əlamətidir. Xüsusən 50 yaşından sonra rast gəlinirsə, dərhal həkimə müraciət etmək lazımdır.

-Əllərin içi qızarıbsa, qırmızıdırsa- qaraciyər, öd problemidir

-Eləcə də sarı ovuclar - hepatit, sirroza işarə ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə