"C hepatitinə yoluxmuş qadının dişlədiyi almanı yedim, məəttəl qaldı – C hepatitinə görə boşanmaq çox mənasızdır”
Səhiyyə Nazirliyinin nəzdində B və C hepatitlərinin müalicə və profilaktikası üzrə Komissiyanın sədri Murad Məmmədovun Medicina.az-a müsahibəsi:
- Murad müəllim, Azərbaycanda B və C hepatitlərinə yoluxma hansı səviyyədədir?
- Hepatitlərin ölkədə geniş yayılması barədə deyilənlərin hamısı şayiədir. Respublikada son 3 ildə qan analizi vasitəsi ilə 18-60 yaş arasında 274 min insan yoxlanıb, statistik araşdırma aparılıb. Bu, ölkə əhalisinin 2 faizini təşkil edir. Bu araşdırma zamanı onların 1,99 faizinin hepatit B, 2,08 faizinin hepatit C-yə yoluxduğu üzə çıxıb. Yəni həm B, həm də C hepatitinə yoluxanların sayının təxminən 2 faiz olub. Bu araşdırmanın nəticəsinə əsaslansaq, ölkədə təxminən 200 min insan bu viruslara yoluxub. Müqayisəli yanaşsaq, Rusiyada bu göstərici Azərbaycandan 4 dəfə yüksəkdir. Gürcüstanda, Türkiyədə hepatitlərə yoluxma səviyyəsi Azərbaycandan çoxdur. İtaliyada yalnız C hepatitinə yoluxma ilə bağlı göstərici 8 faizə çatıb.
- Dünyada ölkələr yoluxma səviyyəsinə görə necə qruplaşdırılır?
- 2 faizə qədər yoluxmanın olduğu ölkələr mülayim, 2 faizdən 8 faizə qədər yoluxmanın olduğu ölkələr orta, 8 faizdən çox yoluxmanın olduğu ölkələr yüksək yoluxma səviyyəsinin olduğu qrupa daxil edilir. Azərbaycan mülayim, aşağı səviyyədədir.
- İİV/QİÇS-lə bağlı xəstələr qeydiyyata düşür və bunun əsasında statistik göstəricilər açıqlanır. Hepatitlərə yoluxmuş xəstələrin belə qeydiyyatı aparılmır?
- Bu formada qeydiyyat yoxdur. Ancaq hər il kəskin B və kəskin C hepatitinə ayrı-ayrılıqda təxminən 300-ə qədər insan yoluxur və həmin xəstələrin sayı bizə məlumdur. Bu xəstələrin adları qeydiyyata alınmır. Çünki kəskin hepatit keçirən insanlar əksər hallarda tam sağalır.
- Bu xəstələrin müalicəsi necə təşkil olunur? Dövlətin bu sahədə proqramı varmı?
- Səhiyyə naziri Oqtay Şirəliyevin şəxsi təşəbbüsü ilə 2014-cü ildə bu Komissiya yaradılıb. Səhiyyə Nazirliyi öz büdcəsindən pul ayırır və bu xəstələrə pulsuz dərman paylanır. Komissiyanın fəaliyyəti nədən ibarətdir? İstənilən insan Komissiyaya müraciət edə bilər. Biz o insanı yoxlayır, analizlərinə baxırıq. Həqiqətən o insanda hepatit aşkarlanıbsa, biz müalicəsini yazırıq və dərmanları pulsuz verilir. Bu xəstələr ambulator qaydada müalicə alırlar. Bütün dünyada belə xəstələr ambulator qaydada müalicə alırlar.
- İnsanlar hepatitə yoluxub-yoluxmadıqlarını öyrənmək üçün ilk növbədə hara üz tutmalıdırlar?
- İlk növbədə qeydiyyatda olduqları poliklinkalara getməlidirlər. Bütün poliklinikalarda terapevt var. Hepatitləri müalicə edən həkimlər ya terapevt, ya da qastrentoloqdur. Hər poliklinikada qastrentoloq olmasa da, terapevt var. Tutaq ki, terapevt həmin insanda hepatit olduğunu üzə çıxarır. O halda həmin insan Komissiyaya müraciət edir. Komissiya o insanın sənədlərinə baxır, qərara gəlir ki, həmin şəxsin dərman qəbul etməsi lazımdır. Protokol tərtib edilir, xəstəyə dərmanlar verilir. Xəstə həmin dərmanlarla birgə poliklinikaya həkimin yanına qayıdır. Həkim də müalicəni yazır. Biz də bu həkimlərin hamısına müalicənin təyinatı üzrə necə aparılacağını izah etmişik.
- Hepatitlərin müalicə proseduru üçün nə qədər zaman tələb olunur, hansı hallarda müalicə çətin olur?
- B və C hepatitləri bir-birindən tam fərqlənir. 5 il əvvəl biz orta hesabla C hepatitinə yoluxmuş insanların 70 faizini sağalda bilirdik. İndi isə biz yeni dərmanların hesabına bu xəstələrin 90 faizini müalicə edərək tam sağaldırıq.
İndi bu hepatitə yoluxanların müalicəsi asan bir şey olub. B hepatitinə yoluxanların təxminən 95 faizi sağalır. Ancaq B hepatitini müalicə etmək kifayət qədər çətindir. Xoşbəxtlikdən B virusu əksər hallarda sağlam virus daşıyıcıya keçir. O insanlara isə müalicə lazım deyil. Daşıyıcıların özü üçün heç bir problem yoxdur. Sadəcə, bu insanlar B hepatitini yaya bilərlər, problem bundadır.
B hepatitinə qarşı peyvənd də var. Son 30 ildə peyvəndlə əlaqədar B hepatitinin intensivliyi dünyada olduğu kimi Azərbaycanda da 2 dəfə azalıb.
- Daşıyıcı olan insanların cəmiyyət üçün təhlükəli olmaması üçün nə edilməsi lazımdır?
- Əgər ailə daxilindən söhbət gedirsə, ailə üzvlərini peyvənd etmək lazımdır. Həyat yoldaşlarını, uşaqları peyvənd etmək lazımdır. B hepatiti cinsi yolla keçir, C hepatiti isə cinsi yolla keçmir. Ancaq bu hepatitlərin hər ikisi qan yolu ilə keçir. Hər iki virus hava ilə başqalarına keçmir. Hətta öpüşməklə də B və C hepatiti bir insandan digərinə keçmir.
İnsanlar hepatitlərə yoluxmamaq üçün fərdi gigiyenalarına, təmizliyə riayət etməlidirlər. Həm də bir az ayıq olmaq lazımdır. Gözəllik salonlarında pirsinq, tatuaj, manikür edirlər. Mən gözəllik salonlarına gedən xanımlara nə tövsiyə edirəm? Gözəllik salonlarında pirsinq, tatuaj, manikür etmək üçün istifadə edilən alətlərin qiyməti təxminən 10 manatdır. Normal halda qadın bir dəfə o alətləri almalı, gözəllik salonlarına gedəndə ustadan həmin işləri aldığı alətlərlə görməsini istəməlidir. Daha sonra isə qadın o alətləri özü ilə götürməlidir. İşlədildikdən sonra evdə həmin alətlər qaynadılmalıdır. Yəni qadınların fərdi alətlərinin olması məsləhətdir.
Stomatoloji prosedurlara gəlincə, stomatoloqların vicdanlı olması lazımdır. Ölkədə bu sahədə vəziyyətə gəlincə, Səhiyyə Nazirliyinin fəaliyyəti yüksək səviyyədədir. Dezinfeksiya işinin aparılması üçün avadanlıqlar bütün poliklinikalarda var, avadanlıqlar üçün steril aparatlarla təchiz ediliblər. Görülən bu işlər fonunda hepatitlərə yoluxma azalmalıdır.
- Ölkədə stomatoloji kabinetlər də geniş yayılıb. Həmin stomatoloji kabinetlərdə belə avadanlıqlar, aparatlar var?
- Bu məsələ həkimin səviyyəsindən asılıdır. Elə stomatoloji kabinetlər var ki, şəxsən mən özüm təəccüblənirəm, Avropa yox, Amerika səviyyəsində sterilizasiya aparır. Baxırsan ki, həmin stomatoloji kabinetdə bir həkim işləyir. Bu, savaddan və vicdandan asılı olan bir məsələdir.
Bəzən poliklinikalara gedirsən, fərqli situasiyalarla üzləşirsən. Elə həkimlər var ki, bu məsələlərə diqqət yetirmir. Mən həmişə stomatoloqlardan xahiş edirəm ki, bir az diqqətli olsunlar.
- Komissiyaya stomatoloji kabinetlər və poliklinikalarla bağlı şikayət xarakterli müraciətlər olubmu?
- Komissiyaya belə müraciət daxil olmayıb.
- Ümumiyyətlə, stomatoloji kabinetlərə, poliklinikalara nəzarət hansı səviyyədədir?
- Bu istiqamətdə nəzarəti Respublika Gigiyena və Epidemiologiya Mərkəzi həyata keçirir. Çünki məsələ tək hepatitlə yekunlaşmır. Stafilakok, irinli infeksiyalar var. Bu baxımdan sterilizasiyanın əhəmiyyəti çox böyükdür. Hepatit təhlükəsi bu problemin bir hissəsidir.
- Qanunvericiliyə əsasən nikahdan öncə cütlüklər tibbi yoxlamadan keçir. Tutaq ki, cütlüklərdən birinin hepatit B, yaxud hepatit C-y yoluxduğu aşkarlanıb. Bu halda həmin insanlar nə etməlidirlər?
- C hepatiti müalicə ilə aradan qalxır. Müalicə müddətində evlənməyə gəlincə, elə hal olur ki, oğlan İİV/QİÇS-ə yoluxduğu halda qız oğlanla ailə qurmaq istədiyini bildirir və ailə qurur. Heç kəs bunu qadağan edə bilməz. Bax, bu kabinetə bir qadın gəlmişdi, kişidə İİV/QİÇS aşkarlanmışdı. Qadın dedi ki, kişini sevir və ailə quracaq. Bu, insanların özündən asılıdır.
- Tutaq ki, cütlüklərdən birində C, yaxud B hepatiti aşkarlanıb. Siz həkim kimi o insanlara nə məsləhət görürsünüz?
- Mən nikaha daxil olmağa hazırlaşan və hepatit C aşkarlanan şəxslərin 3 ay müalicəni gözləmələrini təklif edərdim. Bu insanların müalicəsi cəmi 3 ay çəkir. Müalicə olunduqdan sonra evlənmələrini tövsiyə edərdim. Ya da evlənsinlər, müəyyən müddət ərzində qorunsunlar, nikahdan sonra müalicə olunsunlar. Ümumiyyətlə, hepatit C cinsi yolla keçmir. Hepatit C iki kateqoriyada cinsi yolla keçir. Birincisi, İİV/QİÇS-ə yoluxanlar arasında cinsi əlaqə zamanı C hepatiti keçir. İkincisi, homoseksuallar arasında C hepatiti keçir. Nikahda olan cütlüklər arasında normal cinsi əlaqə zamanı C hepatiti qarşı tərəfə yoluxmur.
Cütlüklərdən birində B hepatit aşkarlandığı hala gəlincə, qarşı tərəfin yoluxmaması üçün peyvənd var. Peyvənddən sonra evlənə bilərlər. Peyvənd də nikahdan bir ay əvvəl olmalıdır. Bir aydan sonra və 5 aydan sonra da peyvənd edilməlidir. Tutaq ki, oğlan cütlük 3 dəfə peyvənd edilir və 5 il həyat yoldaşından hepatit B-yə yoluxmur.
Əgər cütlüklərdən biri xəstə yox, daşıyıcıdırsa, yenə digər cütlüyün peyvənd olması lazımdır.
Onu da deyim ki, şəxs daşıyıcı deyil, xəstədirsə, müalicə olunmalıdır. C hepatitli xəstələrin 40 faiz tam müalicə olunur. Əgər müalicə effekt vermirsə, dərman həbi yazırıq. Bununla bağlı da 5 cür həb var. Bu həbləri ardıcıllıqla veririk. Ümumiyyətlə, hepatit C-dən fərqli olaraq hepatit B-nin müalicə proseduru nisbətən çətindir. Hepatit B düzgün müalicə olunmadıqda, ciddi fəsad verir. B hepatitinin müalicəsi ilə yüksək ixtisaslı həkimlər məşğul olmalıdırlar. Bəzən veb-saytlarda hansısa həkim elan verir ki, B hepatitini yüz faiz qarantiya ilə müalicə edir. Təəssüf ki, əsasən bunu bu sahədə yüksək ixtisasa malik olmayanlar edir.
Bəzən cütlüklər hepatit C-yə görə boşanır, belə hallarla rastlaşmışam. Bu, çox mənasız bir addımdır. Sizə bir situasiyanı danışacam. 2006-cı ildə qəbuluma 40 yaşlı bir kişi və qadın gəldi. Qadın dedi ki, həkim, mən C hepatitinə yoluxmuşam, ərimdən boşanmaq istəyirəm. Dedim ki, bacı, nə üçün boşanırsan? Cavabı bu oldu ki, iki övladımız var, öləcəyimi başa düşürəm, ərimi yoluxdurmaq istəmirəm. İstəyirəm ki, kişi uşaqlarımızı böyütsün. Dedim ki, hepatit C məişət yolu ilə keçmir, inanmırsız, qorunun. Kişiyə dedim ki, get, mənə bir alma gətir. İki saatdan sonra yenidən qəbuluma gəldilər. Qadından xahiş etdim ki, dişlərinin formasını öyrənməyim üçün bu almanı dişlə. Qadın almanı iki dəfə dişlədi. Mən həmin almanı götürüb yedim. Qadın məəttəl qaldı. Dedim ki, bacı, gördün, sən kişini yoluxdurmayacaqsan. Cinsi yolla da yoluxdurmayacaqsan. İki ildən sonra kişi yanıma gəldi. Dedi ki, həkim, siz ailəmizi xilas etmisiniz, hər şey yaxşıdır. Qadın o vaxt müalicə də olunmamışdı, çünki o zaman C hepatit i ilə bağlı müalicə elə də mümkün deyildi. Qadına dedim ki, pəhriz saxla, heç nə olmayacaq. 4 ildən sonra biz həmin qadını müalicə etdik və yaxşı oldu.
- B və C hepatitinin doğuş zamanı anadan uşağa keçmək ehtimalı nə qədərdir?
- Doğuş zamanı B hepatitinin anadan uşağa keçməsi rəsmi statistikada 3 faizə yaxındır. C hepatitinin yoluxma ehtimalı isə daha aşağıdır. Ən yaxşısı odur ki, doğuş keysəriyyə kəsiyi ilə həyata keçirilsin. Bu halda praktiki olaraq risk sıfıra enir.
- B və C hepatitinə yoluxmuş xəstələrin hansı mərhələdən sonra müalicəsi qeyri-mümkündür?
- B hepatiti zamanı qaraciyərin serrozu olan halda müalicə demək olar ki, qeyri-mümkündür. Hepatit C zamanı qaraciyərin serrozu olarsa, müalicə çətin də olsa, mümkündür. Ancaq bu halda yüz faiz müalicəyə qarantiya vermək olmur.
Onu da deyim ki, hepatit Azərbaycanda hazırda o qədər də böyük problem deyil. İİV/QİÇS də böyük problem deyil. Vərəm kifayət qədər böyük problemdir və bu problem də yavaş-yavaş həll olunur.
Xəbər lenti
Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 15:10Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 15 Oktyabr 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 15 Oktyabr 14:50“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir” - DEPUTAT
Siyasət 15 Oktyabr 14:40Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
İdman 15 Oktyabr 14:38Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 15 Oktyabr 14:37Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər
Siyasət 15 Oktyabr 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 15 Oktyabr 14:35Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - YENİLƏNİB - FOTOLAR
Siyasət 15 Oktyabr 14:31Gəlin qardaş-qardaşa danışaq... - OKAN MÜDƏRRİSOĞLU YAZIR
Siyasət 15 Oktyabr 14:16“Prezidentin siyasətində milli təhlükəsizlik əsas prioritetdir” - ŞƏRH
Siyasət 15 Oktyabr 14:13“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 15 Oktyabr 14:03AQEM: Azərbaycanın fəal çoxtərəfli diplomatiyası - DEPUTAT
Siyasət 15 Oktyabr 14:02Havanın tez-tez dəyişməsi oynaq xəstəliklərini həqiqətən aktivləşdirirmi? - HƏKİM AÇIQLADI
Səhiyyə 15 Oktyabr 14:00Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
İdman 15 Oktyabr 13:56Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 15 Oktyabr 13:55"Dünyaya açıq gənc nəsil yad təsirlərə qarşı ən etibarlı müdafiədir" - ŞƏRH
Siyasət 15 Oktyabr 13:55Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib
Hadisə 15 Oktyabr 13:53“Son 9 ay ərzində 65 kənddə elektirik xətlərinin yenilmənməsi prosesi tamamilə yekunlaşıb“
İqtisadiyyat 15 Oktyabr 13:51"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 15 Oktyabr 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 15 Oktyabr 13:46“Azərbaycanın iqtisadi potensialı beynəlxalq tərəfdaşlıqları gücləndirir” - DEPUTAT DANIŞDI
Siyasət 15 Oktyabr 13:40"Azərbaycanın müstəqil siyasəti bəzi dövlətlərlə münasibətlərdə gərginlik yaradır" - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 13:36NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Hadisə 15 Oktyabr 13:21BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 15 Oktyabr 13:20Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Siyasət 15 Oktyabr 13:19Borca görə həbs qoyulan avtomobili satmaq və ya başqasına keçirmək olarmı? - HÜQUQŞÜNAS DANIŞDI
Sosial 15 Oktyabr 12:54“ABŞ-da aralıq seçkilər Tramp administrasiyasının siyasi gələcəyinə təsir edə bilər“ - ŞƏRH
Siyasət 15 Oktyabr 12:52Zakir Həsənov qırğız həmkarı ilə əməkdaşlığı müzakirə edib
Siyasət 15 Oktyabr 12:52Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 15 Oktyabr 12:51Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb
İqtisadiyyat 15 Oktyabr 12:50"Vahid məktəbli forması təhsil müəssisələrində bərabərlik anlayışını gücləndirməlidir" - Aygün Bağırlı
Mədəniyyət 15 Oktyabr 12:50Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Siyasət 15 Oktyabr 12:45Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 15 Oktyabr 12:44Özəl xəbərlər
Digər xəbərlər“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54
Redaktorun seçimi
Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
15 Oktyabr 21:52
Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
15 Oktyabr 21:28
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%
Sizin reklam yeriniz

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



