Gəncədə bir neçə aptekdə psixotrop tərkibli dərmanlar aşkarlanıb

Gəncədə bir neçə aptekdə psixotrop tərkibli dərmanlar aşkarlanıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin qərb bölgəsində regional şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində əvvəllər məhkum olunmuş Şəlalə Əliyevanın işlətdiyi və Şakir Sadıxovun təsisçisi olduğu apteklərə baxış zamanı psixotrop tərkibli 59 ədəd “Relanium diazepam 5 mg/ml”, həmçinin 465 ədəd “Qaloperidol-Rixter 5 mq”, 30 ədəd “Aminazin” və güclü təsiredici xüsusiyyətə malik 75 ədəd “Tramadol kalseksi 2 ml” dərmanları aşkarlanıb.

DİN-in mətbuat xidmətindən SİA-ya bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin və qərb bölgəsində regional şöbəsi əməkdaşlarının keçirdikləri daha bir uğurlu əməliyyat tədbiri ilə Gəncə şəhəri ərazisində Kəmalə Bağırovaya məxsus aptekə baxış zamanı güclü təsiredici xüsusiyyətə malik 150 ədəd “Tramadol 50 mg”, psixotrop tərkibli 100 ədəd “Relanium diazepam 5 mg/ml”, həmçinin 34 ədəd “Kalium-Permanqanat”, 250 ədəd “Diabeton MR 60 mq” və 9 ədəd “Xumulin NPX” həbləri aşkarlanaraq götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə