Bu yağ turşuları stress və depressiyanın qənimidir!

Massaçusets-Louell universitetinin alimləri aydınlaşdırıblar ki, müntəzəm olaraq omeqa-3 doymamış yağ turşularından istifadə stress səviyyəsini xeyli azaltmağa imkan verir. Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə universitetin saytında dərc olunmuş tədqiqatda deyilir.

Mütəxəssislərin sözlərinə görə, omeqa-3 uzun müddət güclü sakitləşdirici effektə malikdir və ağır depressiyaların inkişafından qaçmağa imkan verir. Tədqiqatçılar inandırırlar ki, doymamış yağ turşuları uşaqlarda da təcavüzkarlığı azaltmağa kömək edir.

Bundan başqa, tədqiqatlar zamanı omeqa-3 turşusunun başqa mühüm xüsusiyyəti də aşkar olunub. Məlum olub ki, bu turşu beyin fəaliyyətini yaxşılaşdırmağa imkan verir və illər boyu itirilmiş diqqəti və yaddaşı bərpa etməyə kömək edir. Qeyd edilir ki, omeqa-3-ün ən yaxşı mənbələrindən biri də dəniz məhsulları və günəbaxan tumlarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə