Oqtay Şirəliyev vətəndaşları qəbul edib

Oqtay Şirəliyev vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir. Qəbul zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll istiqamətində tədbirlər görülür. Bu gün səhiyyə naziri Oqtay Şirəliyev qəbul cədvəlinə uyğun olaraq Oğuz Mərkəzi Rayon Xəstəxanasında Oğuz, Şəki, İsmayıllı, Qəbələ rayonlardan olan 15 vətəndaşı qəbul edib. Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, qəbulda sakinlərin sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.

Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerində həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə