Erkən mərhələdə xərçəngi müəyyən edən yeni qan testi hazırlanıb

Erkən mərhələdə xərçəngi müəyyən edən yeni qan testi hazırlanıb

Amerikalı alimlər xərçəngin erkən mərhələdə aşkara çıxaran və müalicə edilmək üçün xəstələrin şanslarını artıran yeni bir qan analizi metodu hazırladıqlarına açıqlayıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yeni qan testi xərçəng xəstəliyinin 10 növünü yüksək səviyyədə və dəqiq şəkildə aşkar edir.

Məlumata görə, bu diaqnozu qandan götürülən DNT analizi ilə əldə etmək mümkündür. Yeni metod Amerika Birləşmiş Ştatlarının Klivlend şəhərində yerləşən bir tibb mərkəzində fəaliyyət göstərən Eric Kleinin başçılıq etdiyi təcürbə keçən bir qrup onkoloq tərəfindən hazırlanıb.

Yeni qan testinin nəticələri yaxın günlərdə Çikaqoda təşkil olunacaq geniş konfransda onkoloqlara təqdim olunacaq.

Mövcud məlumatlara görə, ixtira edilmiş metod xəstənin tamamlayıcı üç qan testini təmin edir. Yeni metod qanda xərçəng yumurtalarının olduğunu 90 faiz müəyyənləşdirə bilir. Qan testi 1627 nəfərdə sınaqdan keçirilib və onlardan 878-ində onkooloji xəstəlik aşkarlanıb. Hansı ki bundan öncə aşkarlanmamışdı.

Bu üsulu hazırlayan mütəxəssislər, yeni metodun tətbiq oluna bilməyəcəyini vurğulayır. Buna baxmayaraq, Universitet Kollecinin Londondakı Ürək Xərçəngi Nəzarət Mərkəzinin rəhbəri Gerhardt Attard, Amerikalı həmkarlarının yeni metodunu şərh edərək, bunun "növbəti 5-10 il ərzində" təqdim ediləcəyini bildirdib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə