Uşaq sağlamlıq kitabçası

İcbari Tibbi Sığortanın tətbiq olunduğu Yevlax rayon Mərkəzi Xəstəxanasında uşaqlar üçün bayram şənlikliyi təşkil olunub

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə icbari tibbi sığortanın tətbiq olunduğu pilot ərazilərdən olan Yevlax rayon Mərkəzi Xəstəxanasında bayram şənliyi təşkil edilib. Uşaqları əyləndirmək məqsədilə təşkil olunan tədbirdə Bəşir Səfəroğlu adına "Xalq" Teatrının aktyorları maraqlı proqramla çıxış ediblər.

Bayram tədbirlərində Yevlax rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov, "Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızı, YAP Yevlax rayon təşkilatının sədr müavini Əli Quliyev iştirak ediblər. Azər İsmayılov rəhbərlik etdiyi xəstəxanada icbari tibbi sığortanın tətbiqi nəticəsində əldə olunan nailiyyətlərdən danışaraq, ilk növbədə, uşaqların sağlamlığının dövlətin diqqət mərkəzində olduğunu vurğuladı. Xəstəxana direktoru və qonaqlar Səhiyyə Həmkarlar Təşkilatnın təşkiltçılığı ilə stasionarda müalicə alan uşaqları bayram münasibətilə hədiyyələrlə sevindirdilər.

Ümumilikdə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pilot ərazilərdə rəsmi qeydiyyatda olan və anadangəlmə ürək qüsuru ilə doğulan 8 uşağın əməliyyat olunmasını təmin edib. Nəzərinizə çatdıraq ki, agentlik valideynlərə pilot ərazilərdəki mərkəzi xəstəxanalarda yeni doğulmuşlara qulluq zamanı gigiyenik prosedurlara riayət olunmasının və ana südünün əhəmiyyəti, körpənin düzgün əmizdirilməsi qaydaları və s. barədə məlumatı özündə əks etdirən "Uşağın sağlamlıq kitabçası"nı paylayır. Maarifləndirmə istiqamətində çox ciddi işlər görürlər.

NƏZAKƏT

Bütün xəbərlər Facebook səhifəmizdə