Müasir dövrdə cəmiyyətimiz dayanmadan inkişaf edir. Təbii ki, əksər hallarda bu inkişaf insan həyatına müsbət təsir göstərir. Lakin, bəzi hallarda həmin bu irəliləyişlər kiminsə həyatında mənfi izlər qoyub gedir. Məsəl üçün, tibb sahəsində inkişaf bir çox hallarda kimlərinsə həyatını xilas etməyə, ağır xəstəliklərin qarşısını vaxtında almağa kömək edir. Hər bir şeyin iki tərəfi olduğu kimi, bu inkişafında bir növ mənfi tərəfi var. Məsələn, bir neçə il bundan əvvəl ultrasəs müayinəsi uşağın cinsini müəyyən edə bilmirdi, lakin indi isə sizə hətta 3D şəkil belə verir. Təbii ki, belə bir proqres abortların sayını bir qədər də artırdı. İndiyə qədər bir çox ailələr var ki, valideynlər müəyyən cins uşaq istəyirlər: ya qız, çünki düşünürlər ki, onu tərbiyə etmək daha asandır, ya da oğlan, çünki o, nəslin davamçısı olacaq. Bəzən bu istək o qədər güclü olur ki, valideynlər sırf istədikləri cins olmadığı üçün gələcək uşaqdan imtina etməyə hazır olurlar. Bu halda abort selektiv adlanır, çünki valideynləri hamiləlik faktı deyil, məhz müəyyən embrionun xüsusiyyətləri qane etmir. Selektiv aborta səbəb olan situasiyalar müxtəlif olur: məsələn, prosedur tibbi göstərişlə müəyyən edilə bilər - əgər döldə genetik pozuntular və ya xəstəliklər təyin edilərsə və valideynlər belə uşağı böyütməyə hazır olmadıqlarını dərk edərlərsə. Çox hallarda selektiv abortlar köməkçi reproduktiv texnologiyalar ilə, məsələn EKO, əlaqədar olur: çoxdöllü hamiləlik zamanı müəyyən göstərişlər olduqda cütlük bir embriondan imtina edə bilər ki, digərlərinin inkişafına mane olmasın. Bircə qız olmasın... Lakin diaqnostika selektiv abortun daha bir növünü – cins xüsusiyyətinə görə - mümükün edib. Bir çox ölkə və mədəniyyətlərdə tarixən oğlanları qızlardan daha çox dəyərləndirirdilər, və valideynlər varis əldə etmək üçün ən qəti tədbirlər görməyə hazırdılar – hətta yeni doğulmuş qızlarını qurban verməyə. Müasir texnologiyaların sayəsində uşağın cinsinin doğuşdan öncə müəyyən edilməsi situasiyanı daha da qəlizləşdirib: bir çox ailələr sırf qız böyütmək istəmədikləri üçün döldən qurtulurlar.

Beləliklə, bəzi ailələr selektiv abortlara əl atmağa başladılar. Təbii ki, bu cür selektiv abortların səbəbi yeni texnologiyalar deyil. Əksər hallarda buna səbəb hər hansı cəmiyyətin quruluşu və cəmiyyətdə bərabərsizlikdir ki, yeni doğulmuş oğlanlara münasibət qızlara münasibətdən fərqlənir, ailədə oğlan uşağının olması daha şərəfli hesab edilir. Məsələn, bəzi ölkələrdə mirasa yalnız oğlanlar varis ola bilərlər və qızın olması ilə ailə rifahını itirir. Bir çox hallarda ailələr oğullarına daha çox arxalanır: qızlar ərə getdikdə yeni ailəyə gedirlər (həmçinin özləri ilə çoxlu cehiz apara bilərlər ki, bu da ailənin büdcəsinə təsir edir), oğlanlar isə, əksinə, ənənəyə uyğun olaraq evləndikdən sonra da valideynlərlə qalırlar. Keçən əsrin ortalarından fərqli olaraq müasir zamanda qadınların daha müstəqil olmalarına baxmayaraq hesab edilir ki, məhz oğul yaşlı valideynlərin qeydinə qalacaq və maliyyə cəhətdən yardım edəcək. Bundan əlavə, orta hesabla cütlüklər daha az uşaq planlaşdırırlar və oğlan olana qədər bir neçə qız doğmamaq üçün çox vaxt selektiv aborta müraciət edirlər. Bu abort birbaşa canlı uşağın öldürülməsi faktı olduğu üçün onu qadağa edilməsi isitqamətində müəyyən addımlar atılmalıdır. “Bəllidir ki, Azərbaycanda hamiləliyin 12 həftəsinədək aborta icazə verilir. 12 həftədən sonra isə abort üçün mütləq tibbi göstəriş olmalıdır. Hamiləliyin 6-7 həftəsində mini abortların qadın məsləhətxanalarında aparılmasına icazə verilir. 8 həftədən sonra döldə sümükləşmə olduğundan abortda qanaxma təhlükəsi yaranır. Ona görə də, 8 həftədən sonra abortların stasionarda aparılmasına icazə var”. Nəzərinizə çatdıraq ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 141-ci Maddəsi (Qanunsuz abort etmə) maddəsinə təklif olunan dəyişikliyə görə, həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etməyə görə cərimə 500 manatdan 1000 manatadək, xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etməyə görə 1000 manatdan 1500 manatadək, bu əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda isə 2000 manatdan 3000 manatadək məbləğdə cərimə müəyyən edilir. Gələcək uşağın cinsinin seçimi ilk növbədə mədəni təzyiqin və sosial bərabərsizliyin nəticəsidir. Qızının doğulması ona zərər edəcəyini və qızının təhsilə və yüksək həyat tərzinə şansı az olan cəmiyyətdə yaşamasını dərk edərək abort etməyi qərara alan qadını mühakimə etmək çox çətindir. Bu o demək deyil ki, selektiv abortlar problemini gündəmə gətirmək lazım deyil – sadəcə bu problem çətin ki, qadağalarla həll edilsin. Məhz buna görə Böyük Britaniya kimi ölkələrdə bu cür qanunlar mənasız hesab edilir: qadının daha çox haqq və imkanları olan cəmiyyətdə gələcək qız uşağını ailə üçün ağır yük hesab edilməyəcəkdir.
zerifqadin.az

Bütün xəbərlər Facebook səhifəmizdə