Mardinin Midyat rayonunda "Uzak Şehir” serialının çəkiliş meydançasında olan Ozan Akbaba ailəsindən ayrı keçirdiyi dövrün onun üçün çox çətin keçdiyini bildirib. SİA xəbər verir ki, ailəsindən uzaq qalmaq istəməyən aktyor həyat yoldaşı ilə ortaq qərara gəldiyini və ailəsinin də Midyata köçəcəyini deyib. "Oğlum Ozan Əli bu il ikinci sinfə başlayacaq. Onu Mardində dövlət məktəbinə yazdıracağıq. Mən də dövlət məktəbində oxumuşam, oğlumun Mardinli uşaqları ilə böyüməsini istəyirik” deyən Akbaba həm işinə, həm də ailəsinə daha yaxın olmağın xoşbəxtliyini dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə