ABŞ və Çin ticarət danışıqlarına başlamaq barədə razılığa gəliblər...

Onlar neytral ərazidə görüşəcəklər...

...ABŞ və Çin tarif qarşıdurmasında gərginliyi azaltmaq məqsədilə bu həftə ticarət danışıqlarına başlayacaq.

SİA-nın məlumatına görə, Bloomberg xəbər verir ki, ABŞ-ın maliyyə naziri Skott Bessent və ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qri baş nazirin müavini He Lifengın başçılıq etdiyi Çin nümayəndə heyəti ilə görüşmək üçün İsveçrəyə gedəcək. Bu, Donald Trampın Çinə qarşı 145 faiz cəza tarifləri elan etməsindən sonra Çin və ABŞ arasında ilk rəsmi ticarət danışıqları olacaq, Pekin buna 125 faiz tariflərlə cavab verdi.

...Fox News-a verdiyi müsahibədə Bessent, mövcud tarif dərəcələrinin davamlı olmadığını və faktiki olaraq embarqo olduğunu söyləyib.

Şənbə və bazar günü keçiriləcək danışıqlarda əsas diqqət böyük razılaşmadan daha çox deeskalasiyaya yönələcək.

...İrəli getməzdən əvvəl vəziyyəti deeskalasiya etməliyik. Biz iqtisadi əlaqələri pozmaq istəmirik, ədalətli ticarət istəyirik.

Bunu Bessent deyib.

ABŞ ilə ticarətin dayandırılması Çin üçün də pisdir, bunu aprel ayında istehsal fəaliyyətinin əhəmiyyətli dərəcədə daralması sübut edir.

...Reuters yazır ki, Çin hakimiyyəti ticarət müharibəsinin vurduğu iqtisadi zərəri yumşaltmaq üçün artıq bir sıra iqtisadi stimullaşdırıcı tədbirlər tətbiq etməyə başlayıb.

Çinin mərkəzi bankı bəzi borclanma xərclərini azaltmaq qərarına gəlib və iqtisadiyyat üçün 1 trilyon yuan (təxminən 138 milyard dollar) likvidliyi azad etməli olan banklar üçün ehtiyat tələblərini azaldır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə